Ole: “Bu klub hücum futbolu ilə tanınır”

Ole Qunner Sulşer
Paylaş:

“Tottenhem” üzərində 1-0 hesablı qələbənin ardından Ole Qunnar Sulşer “Uembli”də Stadium Astro kanalına, keçmiş “Yunayted” futbolçusu, “Trebl” qaliblərindən olan Teddi Şeringemə müsahibə verib.

Şeringem ona sual verib ki, “Yunayted”ə baş məşqçi kimi gələrkən komandanı dəyişdirmək üçün nələr lazım idi? Sulşer keçmiş komanda yoldaşının sualını belə cavablandırıb:

“Ən birinci şey “Mançester Yunayted”də olarkən gülümsəmək, xoş təbəssümə sahib olmaqdır, çünki buradakı fəaliyyətin başa çatan zaman çox darıxırsan. Burada hücum, sürət və gücdən söhbət gedir. Bilirəm ki, biz (Şeringemə işarə edir) o qədər də sürətli deyildik, amma hər zaman hücum edirdik. “Mançester Yunayted” bu cür hücum futbolu və daim irəli doğru oyunu ilə tanınıb, axmaq şəkildə yaradılan dördbucaqlar və geriyə ötürmələrlə yox”.

0 comments