Növbəti oyun üçün məşqlər davam edir

David De Hea
Paylaş:

Premyer Liqada növbəti matç – “Brayton & Hou Albion” ilə oyun öncəsi komandamız Ole Qunnar Sulşerin rəhbərliyi altında məşq sessiyaları keçirib.

Məşqlərə qatılanlar arasında 3 oyunluq kart cəzası başa çatan Erik Bayi, tam yaxşı formada olmadığı üçün “Tottenhem”lə oyunu buraxan Aleksis Sançez, ötən həftə “Vitoria Setubal” klubundan icarədən qayıdan Joel Perreyra və yeni klub axtarışında olan, hazırda azad agent statusu daşıyan keçmiş “Yunayted” oyunçusu Cüzeppe Rossi də yer alıblar.

Pol Poqba, Kris Smollinq və Nemanya Matiç isə məşqlərdə iştirak edərkən görüntülənməyib. Amma onların sonradan məşqlərə qoşulacağı gözlənilir. Markos Roho isə hələ də zədə səbəbindən komanda ilə birgə məşqlərdə iştirak edə bilmir.

Komandanın vəziyyəti haqqında daha dolğun məlumatın həftənin 5-ci günü Ole Qunnar Sulşer üçün təşkil olunacaq mətbuat konfransında əldə ediləcəyi gözlənilir.


Mənbə: manutd.com

0 comments