Nevill: “Heç kimin klub fəlsəfəsini dəyişdirməsinə icazə verilməməlidir”

Qari Nevill
Paylaş:

Bir də heç kimə “Mançester Yunayted”ə gələrək klub fəlsəfəsi üzərinə fərqli bir fəlsəfə yeritməsinə icazə verilməməlidir…

Bu sözləri komandamızın əfsanələrindən olan Qari Nevill deyib. Onun bu gün Sky Sports kanalının saytında dərc olunan geniş çıxışını sizlərə təqdim edirik:

“Bir də heç kimin “Mançester Yunayted”in məşq meydançasına və ya “Old Trafford”a girərək öz fəlsəfəsini yeritməsinə icazə verilməməlidir. Vəssalam!

“Mançester Yunayted” fəlsəfəsi çox dərin və mənalıdır, “Barselona”, “Ayaks” kimi. “Mançester Yunayted”də sən futbolu sürətli və hücumameyilli, zövqlü bir şəkildə oynayırsan. Gənc oyunçuları irəli çəkirsən və onlara güvənirsən. Və qazanırsan.

Düzün desəm, sonuncu qeyd elədiyim şey bəzən yolunu dolayı gedir. Qalibiyyət əslində yuxarıda sadaladığım ilk iki şeyin nəticəsi olaraq gəlir. Üçüncü (qazanmaq) hər zaman baş vermir. Bəzən illərlə titulsuz qalarsan. Bəzən illərlə heç nə qazanmaz və bir araya gətirə bilməzsən.

Mən Devid Moyesi də, Lui van Qalı da, Joze Mourinyonu da dəstləklədim. Nələrsə qazanacaqlarını düşündüm və dəstək olduğumu dilə gətirdim. Geriyə nəzər salaraq klubun Joze Mourinyonu gətirməklə yanlışlıq etdiyini də düşünmürəm.

Onun baş məşqçiliyə gətirilməsinin mükəmməl olduğunu düşünürdüm, çünki Joze özünü sübut etmiş və qalib mentalitetli biri idi. Düzü, o, burada da nələrsə əldə etdi, qazandı. İlk mövsümündə iki kubok qazandı, amma o, Premyer Liqanı qazanmaq üçün gətirilmişdi.

Düşündüm ki, Lui van Qal da nələrsə qazana bilər. Onun transferlərə xərclədiyi pullar inanılmazdır, amma son 7 ildə gördüyüm bir şey var, o da klub fəlsəfəsinin pozulmasıdır. Düzdür, gənc oyunçulara da oynamaq şansı verilirdi, amma elə görünürdü ki, sanki onlar məşqçilərin klubu bir yerdən başqa yerə daşımasına icazə verirdilər.

Bir daha kiminsə “Mançester Yunayted” futbol klubuna girərək klubun sahib olduğu fəlsəfəni dəyişməyə cəhd etməsinə icazə verilməməlidir.

Ole Qunnar Sulşer bir ay ərzində əsl “Mançester Yunayted”i bizə göstərdi, komandanın bütün mövsüm boyu etdiklərini hələ bir kənara qoyuram. Mən bunu izləməyi xoşlayıram, budur. Mən yenidən oraya getmək istəyirəm. Təxminən 6-8 həftə əvvəl mən komandanın oyununa evdən, televizor vasitəsilə izləməyə qərar verdim. Stadiona getmədim və mənim kimi bunu edən bir neçə azarkeş də oldu.

“Mançester Yunayted” azarkeşləri olaraq biz o mövqedə ola bilmərik. Biz düşünməliyik ki, “Old Trafford”da oyun var və həmin oyuna getmək istəyirəm. Hazırda bütün MY azarkeşləri bunu istəyir, Linqard, Reşford, Marsial və Poqbanın bir cinahdan digərinə doğru davamlı hərəkət etdiyini gördükcə sənə sanki əlavə bir enerji gəlir.

“Uembli”dəki oyunun birinci hissəsində bir əks-hücum oldu ki, onlar bir cinahdan digər cinaha çox cəld şəkildə keçə bildilər və mən öz-özlüyümdə heyrətləndim: Vau! Mənim qırmızılarım cəmi 3 saniyədə “box-to-box” oynadılar və sürətli ötürmələr etdilər. Görmək istədiyiniz şey də budur.

Bir “Yunayted” azarkeşi kimi mən hər həftə komandamın qələbələr qazanmasını gözləmirəm. Mən hər il onların titullar qazanmasını da gözləmirəm. Ser Aleks Ferqyuson dönəmində böyümüş bir qrup azarkeş kütləsi var. Onlar bir futbol klubu olaraq hər il titul qazanmalı olduğumuzu düşünəcəklər.

Mən “Mançester Yunayted”in heç bir titul qazanmadığı 70-ci illərin sonu, 80-ci illərdə böyüdüm. Amma ömrümün 15-16 ilində “Mançester Yunayted” hər zaman lider idi. Hər zaman təhdid edən, heç zaman təslim olmayan bir tərəf idi.

Yəni hər şey qalibiyyətdən ibarət deyil, amma mən hər zaman izləmək üçün həyəcanlı idim. Son 5-6 ildəki çıxışımıza baxdıqda, qəbul edirəm ki, bəli, qalib gələ bilərsiz, bərabərə qala bilərsiz, məğlub da ola bilərsiz. Amma heç vaxt izləyərkən canısıxıcı görünən bir komanda ola bilməzsiniz. Elə vaxtlar olub ki, azarkeşlərin oyunu izləyərkən darıxdığını, sıxıcı oyundan təngə gəldiyini görmüşəm. Bunu edə bilməzsiniz. Bu hər kluba aiddir. Azarkeşlər ağır iş günü ilə keçən bir həftənin sonunda pul ödəyərək sevimli komandasının oyunundan zövq almaqla həftənin yorğunluğunu çıxartmaq istəyirlər, oyuna baxarkən darıxmaq yox. Onlar oyundan zövq almaq istəyirlər.

Məsəlçün, “Tottenhem” nöqteyi-nəzərindən baxdıqda onlar məğlub olsalar da, ən azından azarkeşlər öz komandaların oynadığı oyunla qürur duyurlar. “Mançester Yunayted” azarkeşləri də bunu istəyir. Onlar komandanın oyununu izləyərkən fəxarət hissi keçirmək istəyirlər.

Mövsümün əvvəllərində bu, belə görünmürdü. Devid Moyes və Lui van Qalın vaxtlarında da belə deyildi. Mən demirəm ki, “Mançester Yunayted” qarşıdakı illərdə PL-i qazanacaq bir məşqçi gətirməlidir, amma onlar gənclərə güvənərək onların əsas komandaya yüksəlməsinə şərait yaradan bir adam gətirməlidirlər.

Onlar sürətli, hücuma yönəlmiş və zövqverici bir futbol oynamalıdırlar, əgər onlar buna nail olacaqlarsa, möhtəşəm olacaq. Əlbəttə ki, klub nələrinsə əldə olunmasını, qazanılmasını istəyər, amma “Real Madrid” kimi bir klub da deyil ki, “Bernabeu”da nəyin bahasına olursa, olsun, qələbə tələb edə.

Son 7 ildə azarkeşlərin Lui van Qalı da, Joze Mourinyonu da son oyunlarına qədər dəstəklədiyinin şahidi olmuşuq. Hətta nəticələr bərbad olsa da, komandanın oyunu zövq verməsə belə, onlar heç vaxt baş məşqçilərinə olan dəstəklərini əsirgəmədilər. Halbuki “Real Madrid” kimi klublarda belə şeylər olan kimi tez bütün kütlənin etirazı baş məşqçiyə yönəlir. Onlar uğur əldə etmədikləri zaman məşqçilərinə dəstək olmaqdan da imtina edirlər.

“Mançester Yunayted” isə bu baxımdan bir az daha yumşaq davranır. Onlar daha çox bağışlayandırlar”.


Mənbə: Sky Sports

0 comments