MakTominey icarəyə göndərilə bilər

Skott MakTominey
Paylaş:

Sky Sports xəbər verir ki, “Mançester Yunayted” ingilis və şotland klublarının marağını da nəzərə almaqla Skott MakTomineyi icarəyə göndərmək variantını nəzərdən keçirir.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm nə Joze Mourinyonun, nə də Ole Qunnar Sulşerin rəhbərliyi altında kifayət qədər oyun praktikası qazana bilmir – çempionat oyunlarında cəmi üç dəfə start heyətdə və dörd dəfə əvəzetmədən sonra meydana daxil olmuşdu.

MakTomineyin aktivində Şotlandiya millisinin heyətində beş oyun var, onlardan üçünü bu mövsüm keçirdib, lakin oyun praltikasının azlığından milli komandasında yerini itirmək qorxusu ilə üzləşə bilər.


Mənbə: Sky Sports

0 comments