Komandanın son vəziyyəti haqqında

Cüzeppe Rossi
Paylaş:

Aleksis Sançes ümumi qrupla məşqlərə başlayıb, Pol Poqba və Nemanya Matiç isə yeni dünyaya gəlmiş övladlarına görə məşqi buraxmalı olublar.

Çilili hücumçu “Tottenhem” ilə oyunu kiçik zədə səbəbi ilə buraxmalı olmuşdu, amma indi meydana qayıtmağa hazırdır və artıq “Brayton” ilə oyunda meydana çıxa biləcək.

Pol Poqba çərşənbə günü məşqi buraxıb, amma Sky Sports ehtimal edir ki, bu onun yeni doğulmuş körpəsinə görə idi.

Çox güman ki, eyni səbəbdən də elə Nemanya Matiç də məşqi buraxıb, hansı ki, bu həftə üçüncü dəfə ata olub. Nemanya və Aleksandra qızlarının adını Anika qoyublar. Cütlüyün artıq Filip adlı oğlu və Tea adlı qızları var.

Kris Smollinq hələ də zədəsini sağaltmayıb və məşqlərdə iştirak etmir.

“Mançester Yunayted”in yetirməsi və “Vilyareal”ın keçmiş futbolçusu Cüzeppe Rossi Karrinqtonda formasını yığmağa davam edir.


Mənbə: Sky Sports

0 comments