“Yunayted” – “Brayton”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer sabah Premyer Liqada baş tutacaq “Brayton” ilə ev oyunundan öncə təşkil olunmuş mətbuat konfransında komanda haqqında son məlumatları jurnalistlərlə bölüşüb.

SULŞER KÖÇMƏYİ HAQQINDA

“Hələlik oteldə qalıram, amma artıq özümə yeni yer tapmışam, ona görə də oteldə çox qalmayacam. Tapdığım yeni yerin ətrafında gəzdim, tanışlarımla qarşılaşdım, ona görə də orada tək olmayacam”.

FELLAYNİNİN ZƏDƏSİ VAR

“O, ola bilsin ki, üç-dörd həftəlik sıradan çıxıb, onun baldır nahiyəsində problemi var və buna üzgünük. Hər bir oyunçunun öz güclü tərəfi var və Fellinin güclü tərəfi bizə məlumdur, amma yenidən məşq eləməyə başlayanda və elə vaxtda qayıdacaq ki, həmin vaxt bizim böyük oyunlarımız olacaq”.

KOMANDA HAQQINDA DİGƏR MƏLUMATLAR

“Bizim elə də güclü problemlərimiz yoxdur, sadəcə kiçik şeylərdir, hansı ki, adətən, mövsümün bu ərəfəsində belə hallar olur. Kris və Markos az da olasa qaçmağa başlayıb, amma oynamağa hazır deyillər. Aleksis bütün həftəni məşq edib, ona görə də ümid edirik ki, oynaya biləcək”.

JOZE MOURİNYO HAQQINDA

“O, fantastik məşqçidir və nəzərə alsaq ki, keçmişdə hansı titulları qazanıb, onda yeni iş yeri tapmağında heç bir problem yaşamayacaq. Mən onun dediyi hər bir şeyə rəy verə bilmərəm, amma mən bu uşaqlarla işləməkdən zövq alıram və mənim deyə biləcəyim yalnız budur”.

“YUNAYTED”DƏKİ ƏLA BAŞLANĞICI HAQQINDA

“Əvvəl də dediyim kimi növbəti qələbədən sonra “Mançester Yunayted”in oyunçusu və ya məşqçisi növbəti oyunu nda uda biləcəyinə inanır. Klubun təbiəti bu cürdür”.

“Biz altı oyun qələbə qazanmışıq, amma ən vacibi bizim üçün növbəti oyundur. Amma deyirdi ki, “Tottenhem” ilə oyun bizim üçün sınaq olacaq, mən fikirləşmirəm ki, növbəti oyunumuz bizim əhvalımızın sınağı olsun. Oyunçular maksimum dərəcədə bu oyuna köklənməlidirlər, mən onlardan ev oyunundan reaksiya gözləyirəm, hansı ki, dominantlıq etməliyik. Əgər belə oyunlarda bu cür münasibətlə oynasaq, onda biz xallar qazanacayıq, bizə turnir cədvəlində irəliləmək mütləqdir”.

SANÇES MEYDANA ÇIXMAQ ÜÇÜN SƏBRSİZLƏNİR

“Sizə ondan soruşmağınız lazımdır, oyunçular futbol oynamağı sevirlər. Ona zədə maneə oldu və mən başa düşürəm ki, bu nə qədər xoşa gəlməyən haldır və meydana qayıtmağı nə qədər çox istəyirsən. Ola bilsin ki, “Redinq” ilə oyunun fasiləsində məndən əvəzlənməsini istəməli idi, çünki sonrakı 15-20 dəqiqəərzində onun zədəsi daha da ağırlaşdı. Amma məşqlərdən görsənir ki, çox səbrsizlənir və mən də onu futbol meydanında görmək üçün səbrsizliklə gözləyirəm. Mən yaxşı oyunçularım çoxdur və onlardan seçim etmək olar”.

ÖZÜNƏ İNAM “BRAYTON” İLƏ OYUNDA PROBLEM OLMAMALIDIR

“Özünə inam? Xeyr, özünə çox da güvənməli deyilsən. Mən istəyirəm ki, mənim oyunçularım özlərinə güvənsinlər, amma lovğalıq etmədən. Onlar hücum etməlidirlər, irəli oynamalıdırlar, stadionu çoşdurmalıdırlar, çünki bütün məna elə bundadır”.

MAKTOMİNEY HEÇ YERƏ GETMƏYƏCƏK

“Skott çox çalışır, o, cavan oğlandır, biz onun müqaviləsi üzərində işləyirik. Əlimizdə olan heyət və Fellinin də zədəli olmasını nəzərə alsaq, mən fikirləşmirəm ki, kimsə yanvarda klubu tərk edəcək”.

YANVARDA TRANSFER OLACAQ?

“Xeyr, çətin ki”.


Mənbə: Mirror

0 comments