Daily Mail: “Valensiya yanvarda klubu tərk edə bilər”

valensiya
Paylaş:

The Daily Mailin verdiyi xəbərdə deyilir ki, “Mançester Yunayted”in rəhbərliyi Antonio Valensiyaya klubu yanvarın sonuna qədər tərk edə biləcəyi haqqında məlumat verib.

33 yaşlı ekvadorlu futbolçunun klubla müqaviləsi bu ilin iyununda bitəcək, lakin “Nyukasl” və “Fulhem” müdafiəçini elə yanvar ayında heyətlərinə qatmaqda maraqlıdırlar.

Xəbər verilir ki, “Nyukasl” Valensiyanın müqaviləsinin qalan hissəsinin məbləğini “Mançester Yunayted”in ödəməsinə ümid edir və bundan sonra “sağsağanlar” futbolçunu heyətinə qatacaqlar, lakin belə bir variant 20 qat İngiltərə çempionlarını qane etmir.

“Yunayted” bir şərt il Valensiyanı icarə vermək istəyir, belə ki, futbolçunu icarəyə götürən klub onun əmək haqqını da özü ödüyəcək.

Bu mövsüm Antonio Valensiya İngiltərə çempionatında cəmi 5 oyun keçirib və ümid edir ki, başqa bir kluba keçməklə daimi oyun praktikası problemini həll edəcək.


Mənbə: Daily Mail

0 comments