“Yunayted” – “Börnli”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Sabah Premyer Liqada baş tutacaq “Börnli” ilə ev oyunumuzdan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

KOMANDA HAQQINDA

“Kris Smollinq artıq bir həftədir ki, komanda ilə birlikdə məşq edir və yaxşı görsənir. İndi məsələ tək ondadır ki, komandaya nə vaxt qayıdacaq”.

TRANSFERLƏR HAQQINDA

“Hal-hazırda mən görürəm ki, hər kəs klubda qalacaq, hər hansı bir oyunçuya təklif hazırlanmır, amma transfer pəncərəsinin bağlanmasına hələ bir neçə gün var, ancaq mən o qədər də transferlərlə çox məşğul olmuram, ona görə də nə olacaqsa, o da olsun. Amma transfer pəncərəsi bağlananda yaxşı olacaq və biz hazırkı heyətimizin inkişafı ilə məşğul olacayıq”.

“Mən fikirləşmirəm ki, Andreas Pereyra icarəyə gedəcək, çünki mənim işimin başladığı gündən yaxşı məşq edir. Mən fikirləşirəm ki, mövsümün sonuna qədər bizim komandada kifayət qədər oyun sayı keçirəcək”.

LİNQARDIN FANTASTİK İNKİŞAFI

“Cessinin enerjisi, güclü xarekteri var, müxtəlif mövqelərdə oynaya bilər, üçlü yarımmüdafiədə və ya istənilən cinah hücumçusu kimi. O, klubu tanıyır və məşqlərdə o və Markus (Reşford) Meyson Qrinvud və Taiti Çonq ilə birlikdə yaxşı anlaşırlar. Onun “Börnli”nin əvəzediciləri ilə debütü xoşuma gəlmişdi, həmin vaxt cılız oğlan idi, onun inkişafı adamı heyrətləndirir”.

“YUNAYTED”DƏ BOSS HƏYATI

“Bu mənim xoşuma gəlir. Bu mənim istədiyimdir. biz əla nəticələr əldə edirik, yaxşı oyun göstəririk və mən çox aspektdən inkişaf görürəm. Bir neçə oyuna – “Tottenhem” ilə oyundan “Arsenal”a qədər, biz strukturu, zehniyyəti inkişaf etdirdik, biz bir-birimizi daha yaxşı tanıdıq, oyunçular mənim haqqımda və komandadan tələblərimi öyrəndilər. İnsanlar deyirlər ki, biz ancaq hücum haqqında fikirləşirik, amma mən çox şadam ki, qapımızdan çox qol buraxmamışıq”.

OLE – “MANÇESTER YUNAYTED”İN MƏHSULUDUR”

Sulşerə özünü ingilis futbolunun məhsulu hesab etməsi haqqında sual verilib və cavabı belə olub: Mən özümü “Mançester Yunayted”in məhsulu hesab edirəm, çünki məşqçilik karyeramı burada başlamışam, lisenziyamı burada almışam, ona görə də futbol həyatımın çox böyük hissəsi burada keçib, Mançesterdə”.

GƏNC OYUNÇULARIN İNKİŞAFI

“Səviyyələr arasındakı fərqə xüsusu diqqət yetirmək lazımdır, U18 və əsas komanda arasındakı fərqə. Müasir futbolçular daha çox səbrsizdilər, onlar yüksək səviyyədə oynamağı daha gənc yaşlarından istəyirlər, amma hər kəsin inkişaf yolu müxtəlifdir, amma aşağı liqalarda olan komandaların çoxu biz istədiyimiz kimi çıxış etmirlər ki, bizim oyunçular orada oynasınlar. Biz gördük ki, Almaniyadakı bəzi oyunçular növbəti atdımı atmağı bacardılar. Ceydon Sanço – yaxşı nümunədir, o, Bundesliqaya getdi, daha sonra milliyə dəvət edildi, bu başqa vəziyyətdir. Əvəzedici komandadan yüksəlmək asan deyil, çox çətindir, bu başqa yoldur, öz yolunu tapmaq üçün çox vaxt lazımdır”.

“YUVENTUS”A TRANSFER OLUNANDAN SONRA POQBANIN İNKİŞAFI

“Mən bundan əmin deyiləm, çünki ən istedalı oyunçular öz səviyyələrini əvəzedicilərdə göstərirlər. Bu Giqqs ilə də olmuşdu, dərhal əsas komandaya yüksəlmişdi. Pol əvəzedicilərin heyətində altı ya yeddi oyun keçirtdi, vəssalam. Əgər qalsaydı, onu yəqin ki, əsas komandaya çağıracaqdılar, amma indi dünya çempionudur və “Mançester Yunayted”də çıxış edir”.

ƏVƏZEDİCİLƏRİN HEYƏTİNDƏKİ İSTEDADLAR HAQQINDA

“Bizim əvəzedicilərimizin heyətində bir neçə istedadlı futbolçular var, hansı ki, oyunlarına baxmaqdan xoşum gəlir. Meyson, Cimmi Qarner, İtan, ən əsası – vaxtı düzgün seçməkdir. Bizim heyətmizdə Aleksis, Rom, Xuan var, hansı ki, son vaxtlar çox da oyun keçirtməyiblər. Bu üç oyunçunu gənclər keçməlidirlər, onlar isə çox keyfiyyətli futbolçulardır və bizə nəticə lazımdır”.


Mənbə: Mirror

0 comments