Sulşer “Börnli” ilə oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Börnli” ilə oyunda komandasının təslim olmamasından və qarşılaşmanının sonlarında iki top fərqini aradan qaldıra bilməsindən razı qalıb.

“Mançester Yunayted” Sulşerin başçılığı altında ilk dəfə məğlub olmağa çox yaxın idi, amma son dəqiqələrdə Pol Poqba və Viktor Lindelöfün qolları ona bu cür ssenaridən uzaq tutub.

CAVABIMIZ MÖHTƏŞƏM İDİ

“Yenidən oyuna qayıda bilmək cəhdi fantastik idi. Biz şadıq ki, bir xal qazana bildik, amma sonra üç xal da qazana bilərdik. Bizə sadəcə vaxt lazımdır və belə əhvalla oynamağa çox gec başladıq, hansı ki, çox vacib idi. Bu öyrənmək prosesidir. Amma indi mənim sualım var ki, əgər komanda bir və ya iki qol buraxaqsa, o fərqi aradan qaldıra bilər? Və mən cavabla razıyam”.

“Bu “Mançester Yunayted”dir. Biz bilirik ki, ilk 60-70 dəqiqə ərzində yaxşı oynaya bilərdik, amma yenə də deyirəm ki, reaksiya möhtəşəm idi. 87-ci dəqiədən sonra iki qol vurmaq fantastikadır və bu bizim xarekterin olmasına bir sübutdur. Biz bu klubda heç vaxt təslim olmuruq”.

BİZ ÇOX SAYDA QOL ŞANSLARI YARATDIQ

“Komandanın müdafiəsini yarmaq üçün üsullar tapmaq lazımdır və qəbul etdiyimiz bir neçə qərar daha yaxşı ola bilərdi, çünki biz bilirdik ki, onlar güclüdürlər. Onlar istəyirdilər ki, biz topu cinah reydləri ilə aparaq, amma topu onların cərimə zonasında öz bildiyimiz kimi aparmağa başlayanda təhlükəli olmağa başladıq. Xuan bir neçə yaxşı reyd etdi və cinahda Eşli Yanqla birlikdə bir neçə təhlükəli anlar yarada bildilər. Yenə də sonda iki qol vurmağı bacardıq”.

ÖYRƏNMƏK PROSESİ

“Rom (Romelu Lukaku) əvvəl “Börnli”yə qarşı yaxşı oynayıb. O, qollar vurmuşdu və rəqib üçün bir cəza idi. Nəzərə alaq ki, Antoni Marsial zədəli idi, biz qərara gəldik ki, o, Reşlə (Markus Reşford) bizim ən yaxşı variantımız olacaq. Əlbəttə, onun yaxşı anları da oldu, amma bu gün onun günü deyildi”.

“Oynadığımız hər bir oyun – öyrənmək prosesidir, o cümlədən, elə mənim üçün də. Mən bildim ki,  ilk qolu biz buraxandan sonra oyunçularımız özlərini necə aparırlar, amma bu gün iki qol buraxdıq, amma yenə də fərqi aradan qaldıra bildik. Bu möhtəşəm idi”.

KOMANDA RUHU

“Biz topu lazım olan tempdə ötürə bilmirdik. Amma ilk hissədə mənə elə gəlirdi ki, Xuan yaxşı mövqe tutmağa nail olurdu. Əlbəttə, biz çoxlu yaxşı qol fürsətləri yarada bilmədik, amma bəzən topa 75 faizlə sahib olurduq, ona görə də bizə oyunun tempini bir az qaldırmaq lazım idi”.

“Mənə elə gəlirdi ki, biz üçüncü qolu da vura bilərdik. Biz heç zaman təslim olmuruq, bu bizim DNT-zə qoyulub. Biz təəssüflənirik ki, üç xalı götürə bilmədik, amma buraxılmış iki qola verilən reaksiyadan razıyam”.

HİTON ALQIŞA LAYİQDİR

“Mənə çox maraqlıdır ki, Tom Hitona kim tələsmədən oynamağı öyrədib? Tom yaxşı oynadı, etiraf etmək lazımdır. Bir necə fantastik seyv etdi. Pol  Poqba bir neçə dəfə qapıya zərbə vurdu, ona görə də o, qazandığı alqışlara layiqdir”.

ÖZ SƏHVLƏRİMİZDƏN ÖYRƏNƏCƏYİK

“Əlbəttə, oyunu uduzanda çətin olmağa başlayır, amma bir xal qazana bildik. Bu təcrübədən öyrənmək lazımdır. Biz həmişə qələbə qazana bilməyəcəyik və bunun öhdəsindən gələ bilməyi öyrənmək lazımdır. İndi isə “Lester” ilə oyuna hazırlaşaq”.


Mənbə: manutd.com

0 comments