“Lester” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bazar günü Premyer Liqa çərçivəsində baş tutacaq “Lester” ilə səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Axırıncı oyundan bəri müəyyən bir məşq sessiyamız olmayıb, ona görə də ümid edirəm ki, hər kəs iştirak edə biləcək və Pol Poqbanın da hansısa problemi olduğunu düşünmürəm. Antoni Marsial isəfərdi olaraq bərpa prosesini keçir və mən hesab edirəm ki, oyunda iştirak edə biləcək, dünənləri xoşbəxt görünürdü”.

MARSİAL RONALDUNUN UĞURLARINI TƏKRARLAYA BİLƏR

“Kriştiano ən yaxşısı idi, onun indiyə qədərki dəyişimi sənin üçün bir model ola bilər və sənin qarşında hələ çox mübarizələr var. Mən Antoniyə bu klubdakı təcrübələrim barədə danışmışam. Bu klubda nələrə nail ola biləcəyini demişəm, əvvəllər də dediyim kimi, mən oyunçuları yaya qədər yaxşılaşdırmaq üçün buradayam. Kriştianonun karyerası barədə, o nələr edib, bu səviyyəyə necə gəlib, bütün fantastik oyunçular barədə oturub danışmışam və o da bunun bir hissəsi olmaq istəyir, klubun çox yüksək səviyyəli bir futbolçusu var. Mən 15 il burada olmuşam, həm oyunçu, həm məşqçi və həm də baş məşqçi kimi və mən bilirəm ki, bu klub sənin karyerana nələri verə bilər. Açıq desəm, inkişaf etmək üçün bura ən yaxşı yerdir. Mənim karyeram burada olub, klub haqqında Antoniyə danışmaq asan oldu, amma o bilir biz nələrə qadirik”.

“LESTER”İN TƏZYİQİ SULŞERİ NARAHAT EDİR

“Onlar “Çelsi”ni məğlub etdilər. Çərşənbə günü onların oyununa (“Liverpul” ilə bərabərə qaldılar) baxırdım. Komanda çox sürətlidir, yaxşı müdafiə olunur, geriyə çəkilir və müdafiə olunur, yəni onların müdafiə xəttini yarmaq çətindir, ön xətdə də çox sürətli oynayırlar və çətin bir mübarizə olacaq. Amma biz də mübarizəni sevirik”.

MARSİAL MƏRKƏZDƏ OYNAYACAQ?

“Mütləq, çünki Antoninin sevimli mövqeyi yəqin ki, “doqquzluq”dur. Hücumçularımızdan çoxu mərkəzdə oynamaq istəyirlər, amma biz isə istəyirik ki, onlar tez-tez yerlərini dəyişsinlər, mövqelərini dəyişsinlər, cərimə zonasına daxil olsunlar və qollar vursunlar”.

DAVİD DE HEANIN YENİ MÜQAVİLƏSİ HAQQINDA

“Klub bir neçə oyunçunun müqaviləsi üzərində işləyir, mən bilmirəm bu qədər çəkəcək, amma istənilən halda klub başa salır ki, biz ən yaxşı oyunçularımızı saxlamaq istəyirik. Və mən ümid edirəm ki, bu bizdə alınacaq”.

PREMYER LİQANIN SON TURUNDAKI NƏTİCƏLƏR HAQQINDA

“Onlar məni təəccübləndirmədi, Premyer Liqada belə vəziyyətlər tez-tez baş verir, istənilən komanda, istənilən komandanı uda bilər. Biz “Nyukasl”a getdik və onları məğlub etdik, onlar isə “Siti”ni məğlub etdilər, ona görə də hər bir oyuna sən ciddi köklənməlisən. “Börnli” ilə oyunda iki ya üç dəfə konsentrasiyanın itirilməsi bizi xallardan məhrum etdi”.


Mənbə: Mirror

0 comments