Ole:”Oyunçuları məşq və inkişaf etdirməyi sevirəm”

Ole Qunnar Sulşer
Paylaş:

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer etiraf edib ki, işlədiyi oyunçuları inkişaf etdirməyi sevir.

“Vacib deyil ki, bu evdə qızıvın azarkeşlik etdiyi komanda ilədir ya burada, mən sadəcə inkişaf etmək istəyən futbolçularla işləməyi sevirəm” – Sulşer bildirib.

“Mən onlarla danışmağı, kömək etməyi, öz fikirlərimi bölüşməyi sevirəm. Məşqçinin işi bununla bağlıdır və başqa heç bir şey yoxdur”.

Sulşerin rəhbərliyi altında “qırmızı şeytanlar” 10 oyundur ki, məğlub olmurlar və ümid edirlər ki, bu seriyanı qarşıdakı oyunlarda da davam etdirə biləcəklər. Norveçli mütəxxəssis istəyir ki, onun komandası futbol meydançasında müstəqil qərar verməyi bacarsın.

“Qələbə qazanmaq üçün yol tapmağı bacarmaq lazımdır. Təkcə mən yox, həm Mayk (Felan), həm Kiran (MakKenna) ya da Maykl (Kerrik) onlara nələrisə qabaqcadan başa salır”.

“Amma bütün oyunlar fərqlidir. Biz ilk qolu bura bilərik, onda bu başqa bir vəziyyətdir. Onlar (rəqib) ilk qolu vura bilər – bu isə başqa bir vəziyyətdir, ona görə də onlara (oyunçulara) öz təcrübələrinə və keyfiyyətlərinə əsaslanaraq düzgün qərarın tapılması lazımdır”.

“Biz Maykla komandaya gəldik və əlbəttə, istəyirik ki, oyunçular özlərində əminlik hiss etsinlər, hiss etsinlər ki, biz onlara inanırıq, çünki bu elə belədir”.

“Onlar buradadırlar, çünki xüsusidirlər, “Mançester Yunayted” heç vaxt unikal keyfiyyəti olmayan oyunçuları heyətinə qatmır”.

“Onlar heç vaxt unutmalı deyillər ki, hansı emblemi daşıyırlar. çünki onlar xüsusidirlər”.


Mənbə: manutd.com

0 comments