“Fulhem” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer sabah Premyer Liqada baş tutacaq “Fulhem” ilə səfər oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ANTONİO VALENSİYA NİYƏ OYNAMIR?

“Biz ümid edirik ki, o sağalacaq, çünki çox səylə məşq edirdi, amma yenidən zədələndi, lakin ümid edirik ki, bir neçə həftəyə komandaya qayıdacaq. O, hələ də bizim kapitanımızdır və biz ümid edirik ki, onu yenidən meydanlarda görəcəyik, amma bu istirahət günləri oynamayacaq”.

STABİLLİK ÇOX BÖYÜK ROL OYNAYIR

“Son iki ay fantastik idi, nəzərə alsaq ki, nə qədər xal qazanmışıq. Ona görə də stabillik ən əsas sözdür, biz öz oyunumuzu inkişaf etdirməyə və qələbələr qazanmağa davam etməliyik. Amma biz oyunları daha inamla qazanmaq istəyirik, nəinki “Lester”lə oyundakı kimi. Həmin qələbə kifayət qədər yaxşı idi, amma biz sadəcə yaxşı çıxış ilə qane olmalı deyilik. Biz inkişaf etmək istəyirik”.

NÖVBƏTİ MÖVSÜM TİTUL ÜÇÜN MÜBARİZƏ APARMAQ

“Mən ümid edirəm ki, oyunçular titul üçün mübarizə aparmaq gücündə olduqlarına inanırlar, çünki heç kim öz hədəflərindən hündürə tullana bilməz, sən özünə güvənməlisən. Əgər sən çempion olmaq istəyirsənsə, hər oyuna düzgün hazırlaşmalısan, hər oyundan əvvəl hər məşqdə konsentrasiyanı saxlamalısan. Hazırda biz yalnız “Fulhem” ilə oyunu düşünürük. Biz yalnız növbəti oyuna konsentrasiya olmalıyıq və hər gün işimizi düzgün görməliyik”.

MƏŞQÇİ HEYƏTİ HAQQINDA

“Biz hamımız müxtəlif yaş həddindəyik, bizim müxtəlif güclü tərəflərimiz var, biz bir-birimizi çox yaxşı tamamlayırıq. Kiran və Maykl enerjilidirlər, onlar məşqlərdə və ayrı-ayrı futbolçularla işləməkdə planlaşdırılmışdan da çox vaxt keçirirlər. Mark Demps bizə gec qoşuldu, amma komandaya tez uyğunlaşdı. Emiliano artıq neçə ildir ki, De Hea ilə birlikdə çalışır. Bizim yaxşı kollektivimiz var, biz hər şeyi bir-birimizlə müzakirə edirik, öz fikirlərimizi bildiririk. Mən ən bəxtsiziyəm, çünki mənə kimin oynayacağı, kiminsə oynamayacağını qərar vermək lazım olur. Mən istərdim ki, bu qərarı onlar versinlər, amma biz bir-birimizi yaxşı tamamlayırıq. Kiran və Maykl mənə özümü xatırladırlar, necə ki, mən də gənc olanda Mayka və Dempsə qulaq asırdım, çünki onların təcrübəsi bir az çox idi”.

HƏR OYUNA AYRILIQDA ÖNƏM VERMƏK

“Fulhem” matçı bizim xarakterimizi ortaya qoyacaq. Biz hər oyuna ayrı-ayrılıqda hazırlaşırıq. Mən hər zaman qarşıdakı oyunu fikirləşirəm, yəni PSJ indilik müzakirə mövzusu deyil.

PSJ, “Çelsi” və “Liverpul” oyunları bizi turnir cədvəlində yuxarı qaldıracaq oyunlar deyil, onlar tamam ayrı oyunlardı”.

KLAUDİO RANİERİ VƏ ONUN KOMANDASI BARƏDƏ

“Mən “Fulhem”ə qoşulan və ya ayrılan oyunçular barədə xəbərsizəm, amma Ranierinin “Lester”də etdikləri sizə onun nələrə qadir bir məşqçi olduğunu göstərdi, onun ən yaxşı nailiyyəti Premyer Liqanı qazanması idi.

Onları ifadə edəcək bir söz tapmıram, komanda ruhu deyim, onlar özlərinə güvəndilər, buna görə də mən ona heyran olan biriyəm. Siz kitablar oxuyursuz, mən bilirəm ki, biz əks-hücum oynayan bir məşqçi və komandaya qarşı oynayacağıq. O, bütün komandalarında bu cür olub. Mən onun bir neçə sessiyasını kopya eləmişəm (gülür)”.

YENİ BİR KOMANDA QURUCULUĞU BARƏDƏ

“Bəli, mən hər gün komandaya nəsə yenilik gətirdiyimi, komandanın inkişafına kömək etdiyimi hiss edirəm. Amma oyunçuların gələcəyi barədə verilən qərarlar bəzən məndən asılı olmur. Yəni hansısa oyunçu bizimlə qalmaq istəyirmi? Bizim qarşıdakı bir neçə il üçün planlarımız var. Biz nə cür komanda yaratmaq istəyirik? Buna görə də biz həm uzunmüddətli, həm də qısamüddətli planlar barədə düşünməliyik”.

“Mənim bu klubun qarşıdakı illərdə hansı səviyyədə olması barədə müəyyən düşüncələrim var, amma bütün bu baxışlarımı Ed Vudvarda və kluba təqdim eləmişəm”.

ZƏDƏLİLƏR BARƏDƏ

“Roho bir neçə gündür məşqlərdə iştirak edir, yəni qayıdıb. Amma biz Antonio Valensiya və Matteo Darmianı zədələr səbəbindən itirmişik. Lakin hələ ki biz pis vəziyyətdə deyilik, hər gün məşq edən 20-21 oyunçumuz var və bu da çox yaxşıdır”.


Mənbə: Mirror

0 comments