Sulşer PSJ ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer əmindir ki, “Pari Sen-Jermen”ə Çempionlar Liqasının 1/8 finalının ilk matçında məğlubiyyət “Mançester Yunayted”in taleyini müəyyənləşdirməyəcək.

İkinci hissədə “Old Trafford”da Presnel Kimpembe və Kilian Mbappenin qolları Fransanın çempionlarına “Mançester Yunayted” ilə cavab oyununa böyük üstünlüklə çıxmalarına şərait yaratdı.

BU MƏĞLUBİYYƏT TALEYİMİZİ MÜƏYYƏNLƏŞDİRMƏYƏCƏK

“Oyun biz fikirləşdiyimiz kimi oldu. İlk hissədə maraqlı hadisə az oldu, daha sonra onlar ilk qolu vurdu. Biz elə qol buraxmalı deyildik, onlar isə bu qoldan sonra özlərinə inamı artdı. Onlar oyuna nəzarət etməyə başladılar. Onların isə kifayət qədər təcrübələri var idi ki, matçı istədikləri kimi bitirsinlər. Siz bilirsiz ki, biz çoxdandır bu səviyyədə oyunda iştirak etmirik, biz bu təcrübədən dərs götürməliyik, çünki bu cür təcrübə komandaya həm mənfi, həm də müsbət təsir edə bilər. Bu məğlubiyyət bütün mövsüm üçün taleyimizi müəyyənləşdirməyəcək. Bu sadəcə bizə dərs ola biləcək bir matç idi”.

LİNQARD VƏ MARSİALIN ZƏDƏSİ HAQQINDA

“Biz bu zədələri bəhanə kimi istifadə edə bilmərik, çünki ehtiyatda Mata və Sançes kimi güclü oyunçularımız mvar idi. Amma, əlbəttə ki, Cessi və Antoni komandaya əhəmiyyətli dərəcədə təsir qoya bilirlər, ümid edirik ki, onlara ciddi nəsə olmayacaq. Əzələ zədəsidir, ona görə də bir neçə gün gözləməli olacayıq. Cessi və Antoni heyətimizin vacib oyunçularıdır və ikinci hissədə onlar meydanda olmayanda bizə hərəkətlilik çatışmırdı. Ola bilsin ki, bizə onlarsız oynamağın yolunu tapmaq lazım olacaq”.

POQBA TOQQUŞMADAN YAYINMAQ İSTƏYİRDİ

“O, bədəninin vəziyyətini dəyişməyə cəhd etdi, Dani Alves isə kifayət qədər ağıllı idi ki, ayağını qabağa atsın, ona görə də Pol ona toxundu. Kənardan baxarkən mən bilirdim ki, Poqba topa oynamaq istəyirdi, amma onun bəxti gətirmədi və oyununçunun dizinə toxundu”.

SANÇESİN FORMASI HAQQINDA

“Oynayanda özünü tapmalıdır, çünki biz bilirik ki, o necə bir istedadlı futbolçudur”.

MBAPPENİ NECƏ SAXLAMAQ OLAR?

“Ona boş məsafə və qaçmağa imkan verməməlisən. O, ildirim sürətlidir və o, qaçmağa çalışanda sadəcə onun qarşısında dayanmaq lazımdır. Mən heç vaxt mərkəz müdafiəçisi olmamışam, ona görə də müdafiəçilərdən soruşmaq laızmdır ki, onu necə saxlamaq olar”.

BU “YUNAYTED”İN REAL GÜCÜNÜ GÖSTƏRƏN BİR SİNAQ İDİ?

“Əlbəttə, bu bizim səviyyəmizin bir sınağı idi. Biz PSJ-nin gücünü bu oyunçularla (Neymar və Kavani ilə) görmüşdük, amma yenə də bu həmin səviyyədir ki, biz ora çatmaq istəyirik. Biz çalışırıq ki, heyətimizi gücləndirək və nəzərə alsaq heyətimiz hələ gəncdir, onda öyrənəcək çox şeyimiz var ki, gələn mövsüm yeni səviyyəyə qalxaq”.

KİMPEMBEYƏ QIRMIZI VƏRƏQƏ?

“Bəli, onun bəxti gətirdi. O, Reşfordu ikinci hissədə yıxmışdı və biz hətta cərimə zərbəsi belə qazanmadıq. Amma mən indi bunu müzakirə etmək üçün heç bir məna görmürəm. Mən üzgünəm, əlbəttə, biz növbəti oyunda Poqbasız oynayacayıq, o isə mənim nəzərimdə ən yaxşı oyunçumuzdur. Onu hər zaman üç oyunçu əhatə edirdi, amma yenə də yüksəkdə idi, ona görə də bu bizim üçün ciddi itkidir”.

İNANMAQ LAZIMDIR Kİ, CAVAB OYUNUNDA QƏLƏBƏ QAZANA BİLƏRİK

“Biz bilirik ki, bizə iki qol vurmaq və bunun qarşılığında qapımızdan qol buraxmamaq lazım olacaq. Amma biz bu klubda bunu etmişik. Fərqi aradan götürükdür və oyunun gedişatını dəyişirdik. Əlbəttə, PSJ hər mövqedə keyfiyyətli oyunçuları olan çox yaxşı komandadır, amma biz ora inamlı getməliyik. Biz cəhd etməliyik, bütün gücümüzü göstərməliyik, bügünki məğlubiyyət isə bizim üçün dərs olmalıdır. Biz bu oyuna baxmalıyıq və başa düşməliyik ki, harda işlərimiz düz getmədi. Əlbəttə, biz standart vəziyyətdən və əks-hücumdan qol buraxdıq, amma biz belə qollar buraxmalı deyilik”.

“ÇELSİ” İLƏ OYUNA HAZIR OLACAYIQ

“Bizi “Çelsi” və “Liverpul” ilə oyunlar gözləyir, ona görə də özümüzü günahlandırmağa vaxtımız yoxdur. Biz “Çelsi” ilə oyuna hazır olacayıq, bundan narahat olmayın”.


Mənbə: manutd.com

0 comments