Şmeyhel: “Növbəti mərhələ üçün “Yunayted”in şansı var”

Peter Şmeyhel
Paylaş:

Peter Şmeyhel öz keçmiş komanda yoldaşı Qari Nevill ilə razı deyil, hansı ki, “Mançester Yunayted”in PSJ-ni keçəcəyini və Çempionlar Liqasının növbəti mərhələsinə çıxacağına şansının olmasını hesab etmir.

Sulşerin komandasının ev oyununda “Pari Sen-Jermen”ə məğlubiyyətindən sonra Qari deyib: “Onları bütün parametrlərdə geridə qoydular. PSJ meydanda ən yaxşı komanda idi və belə görünür ki, “Yunayted” növbəti mərhələyə çıxmağı yaddan çıxartsın”.

Lakin Şmeyhel hesab edir ki, şanslar hələ itməyib: “Bilmirəm Qari niyə belə deyib. Cavab oyununa komandaların hələ üç həftəsi var və bu vaxt ərzində nə istəsən baş verə bilər. “Mançester Yunayted” dünənki gecədən çox şey öyrənib, çox şey”.

“Üç həftəyə komandalar əsaslı şəkildə formalarını artıra bilərlər. Onların məşqlər üçün və uyğun bir planın qurulması üçün çox vaxtları var”.

Xatırladaq ki, cavab oyunu martın 6-da Parisdə baş tutacaq.


Mənbə: Manchester Evening News

0 comments