Vudvord: “De Hea maya qədər yeni müqavilə imzalayacaq”

David De Hea
Paylaş:

“Mançester Yunayted”in icraçı direktoru Ed Vudvord deyir ki, klub may ayına qədər David De Hea ilə yeni müqavilə imzalanacağına ümid edir, Markus Reşford isə yeni müqavilə imzalayacaq digər bir futbolçudur.

David De Hea və Markus Reşford yeni müqavilə imzalaması ilə bu mövsüm klubla olan müqavilələrini artıran Fil Cons, Kris Smollinq, Eşli Yanq, Skott Maktominey və Antoni Marsiala qoşulacaqlar.

Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ed Vudvord yaya qədər müqavilələrin artırılacağına güman etdiyini bildirib.

O, həmçinin Joze Mourinyo və onun məşqçilər korpusuna klub tərəfindən 19.6 milyon funt-sterlinq təzminat ödəniləcəyini açıqlayıb.

Ole Qunnar Sulşer ilə uzunmüddətli müqavilənin imzalanması barədə sualı cavablandırmaqdan imtina edən Ed, “Mən bunu müzakirə eləmək istəmirəm, məlumat növbəti məşqçini açıqlayacağımızda veriləcək” deyib. Klubda yeni vəzifə – idman direktorunun yaradılması barədə sualı da cavabsız qoyan Vudvord bildirib ki, klub rəhbərliyi sadəcə klubu daha da güclü vəziyyətə gətirməyin yollarını axtarır.

Vudvord Premyer Liqada ayın ən yaxşıları seçilən Ole Qunnar Sulşer və Markus Reşfordu da təbrik edib. O, onu da qeyd edib ki, PSJ-yə qarşı məğlubiyyət görmək istəmədikləri bir nəticə idi.

O, 81 yaşında dünyasını dəyişən keçmiş Akademiya məşqçisi Erik Harrisonu da yad edib və onun ailə və yaxınlarına başsağlığı verərək bunun klub üçün çox üzücü bir xəbər olduğunu deyib.


Mənbə: Sky Sports

0 comments