“Pelas” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Premyer Liqada “Kristal Pelas” səfəri öncəsi təşkil olunan mətbuat konfransında Ole Qunnar Sulşer jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

Jurnalistlər ilk öncə zədə krizisi barədə ona suallar ünvanlayıblar. Onlar Oledən bu yaşında oynaya bilərmi sualına belə cavab verib: “Mən düşünmürəm ki, yaş problemdir. Problem mənim hazırlıq səviyyəmdir. Biz hələ ki heç bir məşq sessiyası keçirməmişik və mən düşünmürəm ki, müsbət olacaq çox şey var, xeyr. Mən zədəlilər siyahısını dəqiq bilmirəm, Darmian başqa bir gün məşq edib, onun hazır olacağını düşünmürəm. Roho məşqlərdə olub, ümid edirəm heyətə də seçilər. Reşford zədəsinin nə dərəcədə ciddi olması ilə bağlı xəbər gözləyir, əzələ zədələri ilk ağıla gələndir”.

“Fil Cons yaxın günlərdə xəstələnmişdi, buna görə də bir müddət bizdən ayrı qalmalı oldu. Yaxşı ki, mərkəz müdafiəmizdə olduqca əla formada olan oyunçularımız var. Bayi, Smollinq və Lindelöf – onların üçü də hazır vəziyyətdədirlər. Valensiya hələlik hazır deyil, baldırında zədəsi sağalmayıb. Qaçmağa başlasa da, tam sağalmağına bir neçə həftə lazımdır”.

LUKAKU VƏ SANÇES HAQQINDA

“Aleksis və Lukaku üçün öz potensiallarını sərgiləmək şansı yaranıb. Potensial yüksəkdir və mən əminəm ki, bu ikili çox yaxşı yoldaşdırlar. Ümid edirəm ikisi də bir-biri ilə çox gözəl anlaşar və hər kəs hazır olan zaman da mənə seçim üçün başağrısı olarlar. Rom “Liverpul”a qarşı bizim iki böyük qol şansımızı yaradan oyunçu idi. Bu onun üçün fərqli bir mövqedir, bilirəm. Amma Reşin zədəli olduğu bir vaxtda biz onu o mövqedə oynatmağa məcbur idik. Cessi və Smollinqin qol şansları Romelunun əməyi idi. Onlar “Arsenal”a qarşı da bir araya gəlmişdilər və ümid edirəm Aleksislə Lukaku bu dəfə də önə çıxa biləcəklər”.

“PELAS”A QARŞI HEYƏTİMİZ HAQQINDA

“Biz mütləq “Kristal Pelas”a qarşı yaxşı bir komanda ilə meydanda olacağıq. Başqaları üçün də şans olacaq. Mən oyunçu olarkən şansımı kənarda otura-otura əldə edirdim, ona görə də biz bunu heyətə gələn oyunçulara deməliyik. Skott və Andres, fikrimcə, onlar “Liverpul”a qarşı fantastik çıxış elədilər. Yol da budur, əgər oynamaq şansı əldə edirsənsə, buna hazır olmalısan”.

QOMES, ÇONQ VƏ QARNER HAQQINDA

“Onlar uzun müddət bizim məşqlərimizin bir hissəsi olublar və mən əminəm ki, Qomes İngiltərə U-17 ilə uğurlu olub, 2017-nin Sanço, Foden, Hudson-Odoi kimi oyunçulardan ibarət komandası ilə. Əminəm ki, əgər oynamaq şansı olarsa, çox yaxşı çıxış edəcək. Ceyms Qarner sanki 20 il əvvəlki Maykl Kerrikdir, onun da yaxşı oynayacağına əminəm. Çonq da hər kəsin diqqətini cəlb edən biridir. Onlar hazırdırlar, onlar bizim uşaqlarımızdırlar. 16-17 yaşında bir müdafiəçi kimi meydana çıxmaq çətindir, amma hücum oyunçusu olaraq sənin özünü sübut eləmək şansın var. Onlar sizə matç qazandıra bilərlər, nəinki uduzarlar”.

“PELAS” HAQQINDA

“Onlar çox yaxşı vəziyyətə gəliblər. Bəli, “Lester”ə qarşı 4-1 qələbə möhtəşəm idi. Roy Hocsonun qurduğu komandaları bilirik. Biz topla düzgün oynamalı və onları geriyə sıxmalıyıq, lakin Zaha, Taunsend və Batşuayi kimi oyunçularla onların əks-hücumlar zamanı çox sürətli və təhlükəli olacaqlarını bilirik. Buna görə də biz ən yaxşı oyunumuzu göstərməliyik”.


Mənbə: Mirror

0 comments