Sulşer “Kristal Pelas”la oyundan sonra

Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Kristal Pelas”la qarşılaşmada “Mançester Yunayted”in oyuna nəzarət etməsindən razı qalıb.

Romelu Lukaku və Eşli Yanqın qolları ilə “qırmızı şeytanlar” “qartallar” üzərində 3-1 hesablı qələbə qazanıb. Matçdan sonra Sulşer komandasının oyununu qiymətləndirib.

ÖZÜNDƏNRAZILIQ YOXDUR

“Əla səfər qələbəsi, biz oyuna yaxşı nəzarət edirdik. Biz ardıcıl bir neçə səfər qələbəsi qazanmışıq, amma heç bir özündənrazılığımız yoxdur. Hamı oyundan əvvəl maksimum dərəcədə matça köklənmişdi. Biz oyuna yaxşı başladıq. Artıq ilk dəqiqədə künc zərbəsindən fərqlənə bilərdik. Amma daha sonra məncə hesab 1-0 olduqdan sonra oyunu tam olaraq öz nəzarətimiz altına götürdük”.

“Biz öz cərimə zonamızda yaxşı müdafiə olunurduq. “Kristal Pelas”ın bu gün qapı istiqamətində bir zərbəsi oldu, ona görə də deməliyəm ki, bizim müdafiədə oyunumuz daim inkişaf edir”.

ƏMƏKSEVƏR LUKAKU

“Romelu yaxşı qollar vurdu. Birincini sağ ayağı ilə vurdu. İkinci üçün daha çox əziyyət çəkdi, əla zərbə idi, ona görə də Romelu üçün şadam. O, həm sağda, həm də solda yerləşirdi, müdafiədə də çox işlədi”.

CİNAHLARDAN TƏHLÜKƏ

“Biz istəyirdik ki, Lyuk hücumlara qoşulsun, onun üçün bu növbəti addım idi və biz ona bu işdə güvəndik. Amma ən əsası bizim komandanın strukturu idi. Antoni (Marsial) zədəli idi, ona görə də Aleksis daha çox mərkəzə çəkilmişdi ki, Lukakuya yaxın olsun və mənə görə bu plan yaxşı işlədi”.

Dioqu digər cinahda çıxış edirdi. O, “Portu”da vinger kimi çıxış edib, bu mövqe üçün lazım olan keyfiyyətləri var, amma, həmçinin, o, van Anholt və Vilfrid Zahanı dayandırmağa kömək edirdi – “Pelas”ın yaxşı sol cinahı var”.

QARNERİN DEBÜTÜ

“Biz bu fürsəti gözləyirdik. Əlbəttə, Cimmi hələ öz oynamaq şansını yenə əldə edəcək, nəzərə alaq ki, Matiç və Errera zədəlidirlər. Biz tezliklə onu yenidən görəcəyik, ola bilsin ki, şənbə günü “Sauthempton” ilə ev oyunumuzda”.

“Mançester Yunayted”də bizim keyfiyyətli və yaxşı oyunçularımız var və biz gənclərdən ibarət komandamızdan oyunçuları cəlb etməyə davam edəcəyik. Mövsümün bu hissəsində bütün komandaların oyunçuları zədələnirlər”.

YANQIN QOLU

Məncə, qol vurduğuna görə şaddır. Əlbəttə, cinah müdafiəçisi kimi o da yaxşı oynadı. Erikin köməkliyi ilə müdafiəni yaxşı bağladıq, daha sonra Reş (Markus Reşford) və Eş (Eşli Yanq) cinahdan əks-hücumlar qurdular, bu plan yaxşı işlədi”.

ZAHA VƏ TAUNSENDİN ÖHDƏSİNDƏN GƏLƏ BİLDİK

“Onlar yaxşı oyunçudurlar, onlar çalışırdılar ki, cərimə zonamıza girsinlər, çalışırdılar ki, müdafiəçilərimizi təkbətək epizodlarda keçsinlər. Öz ustalıqları sayələrində nə qədər penaltilər qazanıblar, ona görə də yaxşı müdafiə olunduğumuzu deyə bilərəm. Baxmayaraq ki, onlara qapıya zərbə endirməyə imkan yaratdıq. Topu bir neçə dəfə uyzaqlaşdırmaq istədik, amma onların vurduqları qola reaksiyamız fantastik idi”.

ARDICIL SƏKKİZ SƏFƏR QƏLƏBƏSİ

“Deməliyəm ki, səfərdə əla oynayırıq. Azarkeşlərin dəstəyi fantastikdir, amma komanda da oyuna yaxşı köklənir. Bilirdik ki, yaxşı çalışmalıyıq, yaxşı müdafiə olunmalıyıq və sürətli əks-hücumlar qurmalıyıq. Hesabda öndə olanda oyuna yaxşı nəzarət edirik, ona görə də formamızdan razıyam”.


Mənbə: manutd.com

0 comments