Yanq: “Bütün oyunçular azarkeşlərə minnətdardır”

Eşli Yanq
Paylaş:

Eşli Yanq “Kristal Pelas”ın qapısından keçirtdiyi qolu niyə “Mançester Yunayted”in azarkeşləri ilə qeyd etməsinin səbəbini izah edib.

Yanq “qartallar”la oyunda Pol Poqbadan ötürməni qəbul edərək topu qapı torundan matçın son dəqiqələrində keçirtdi, daha sonra isə “Selherst Park”da olan “Yunayted” azarkeşlərinə doğru qaçaraq, qolunu onlarla bir yerdə qeyd edib.

“Mən hər həftə bunu təkrarlayıram, azarkeşlərin dəstəyi sadəcə fantastikdir, həm ev, həm də səfər oyunlarında. Bu gün də onlar möhtəşəm idi, isinmə hərəkətlərindən oyunun sonlarına qədər” – Yanq matçdan sonra deyib.

Məncə, qolu azarkeşlərlə qeyd edərkən bütün futbolçular onlara minnətdar olduğunu göstərə bildilər. Həftə içi bizimlə birlikdə səfərə çıxmaq asan deyil. Xoşbəxtlikdən biz onlara yaxşı çıxışımızla cavab verə bildik və onlar evlərinə üzlərində gülüşlə qayıtdılar”.

Yanq öz qolu haqqında bunları əlavə edib: “Mən boş məsafə gördüm və sadəcə Polun ötürməsini gözlədim. Mən həmin an bilmədim dərhal zərbə endirim ya daha bir toxunuş edim”.

“Topu qəbul etdim və zərbə endirdim, ümid etdim ki, tora daxil olacaq. Xoşbəxtlikdən tora daxil oldu və qoldan sonra oyunun gedişatı bəlli oldu”.


Mənbə: Mirror

0 comments