“Yunayted” – “Sauthempton”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer şənbə günü “Old Trafford”da baş tutacaq “Sauthempton” ilə matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Fikirləşmirəm ki, heyətdə çox dəyişikliklər olacaq. Bizim sonuncu məşqimiz bu gün olacaq və yüz faiz hazır olmayan futbolçuları riskə atmayacayıq. Sabah səhər onları bir daha nəzərdən keçirəcəyik. Heyət təxminən çərşənbə günü olduğu kimi olacaq. Ola bilsin ki, heyətdə üç nəfər akademiya üzvü olsun, bəlkə də daha çoxu. Ola bilsin ki, Marsial da qayıtsın və ya bərpası üçün ona daha bir neçə gün də lazım olsun”.

“Çərşənbə günü Markusun hələ də topuğunda ağrılar var idi, amma şənbə günü ola bilsin ki, əsas heyətdə meydana çıxsın”.

VALENSİYA “YUNAYTED” İLƏ MÜQAVİLƏ UZATMAYIB

Antonio Valensiya klubla müqaviləsini uzatmayıb və yayda azad agent olacaq. “Yunayted”in axşam saat beşə qədər vaxtı var ki, müqavilədə yer alan bir il artırılma bəndini aktivləşdirsin, amma Sulşer güman edir ki, klub bunu birtərəfli şəkildə etməyəcək.

“Antonio hələ oynamaq üçün yüz faiz hazır deyil, forma yığmaq üçün hələ də çalışır. Onun “Mançester Yunayted”də və İngiltərədə fantastik karyerası olub. O, hazırkı heyətdə Premyer Liqanı qazanmış tək-tük futbolçulardandır, amma mən əmin deyiləm ki, “Yunayted” və Valensiya müqavilənin artırılması ilə bağlı razılıq əldə edə biləcəklər. Bu onun meydana yaxın aylarda qayıdıb-qayıtmayacağından asılıdır, amma o, bizim kapitanımızdır və ümid edirik ki, onu yenidən meydanda görə biləcəyik”.

YALNIZ NÖVBƏTİ OYUN HAQQINDA FİKİRLƏŞİRİK

“Biz planlar qururuq, sonra isə diskvalifikasiyalar, zədələr olur, hansı ki, hər şeyi dəyişə bilər. Hansı oyunçunun matça nə qədər hazır olduğuna baxmaq lazımdır. “Selherst Park”dakı oyundan sonra bizim bərpa üçün çox da vaxtımız olmadı. Qərarı bu gün axşam verəcəyik”.

DE HEANIN MÜQAVİLƏSİ HAQQINDA

“Məndə əlavə xəbər yoxdur. Klub və De Hea hələ də danışıqlar aparırırlar, ümid edirəm ki, razılıq əldə olunacaq. Bu məndən asılı deyil, amma mən əminəm ki, biz bacardığımız hər şeyi edəcəyik”.

“David kluba gələndən özünü yaxşı tərəfdən göstərib. O gələndə yəqin ki, komandada daha güclü qapıçılar var idi, bütün tənqidlərə baxmayaraq baş məşqçi ona inandı”.

“Onun neçə dəfə ilin oyunçusu olduğunu da bilmirəm, bəxtimiz gətirib ki, belə qapıçımız var. Müqayisə etmək çətindir, amma Edvin və Şmeyhel heç vaxt ilin oyunçuları seçilməyiblər. Bütün bu illər ərzində David bizə çox xallar qazandırıb və mən deyərdim ki, o, dünyanın ən yaxşı qapıçısıdır. Onun yaxşı xarekteri var, ciddidir və özünə güvənir”.

“SAUTHEMPTON” HAQQINDA

“Biz onları təhlil etdik, onlar “Fulhem” üzərində vacib qələbə qazandılar. Onların fevral ayında çətin dönəmləri oldu, amma belə qələbədən sonra özlərini inamlı hiss etməlidirlər. Amma bizə ev oyunumuzda qələbə lazımdır. Ola bilsin ki, “Sauthempton” dəyişilib, amma biz öz oyunumuza köklənməliyik”.

LYUK ŞOUNUN OYUNU HAQQINDA

“Əlavə nəsə etdiyimi bilmirəm, o, oynayırdı – amma bu hələ də özüdür. O, sürətini artırmaq və beşinci ötürməni qəbul etmək qərarını verəndə, ondan sürətlisi yoxdur. Onun kimi heç kəs kəskin deyil. Sən yaxşı oynayanda özünə inam hissi artır. Onun oyunundan razıyam”.

ROMELU LUKAKU HAQQINDA

“Çərşənbə günü dediyimi təkrarlaya bilərəm, bizə ev  oyunlarında qələbə yoluna qayıtmaq lazımdır. “Liverpul” və PSJ ilə oyunda bir qol belə vura bilmədik. Əminəm ki, Lukakunun vurduğu iki qol onun xeyirinə olacaq və ümid edirəm ki, şənbə günü də qol vura biləcək”.


Mənbə: Mirror

0 comments