Sulşer “Sauthempton”la oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

Bu gün “Old Trafford”da baş tutan dramatik “Mançester Yunayted” – “Sauthempton” (3-2) matçının ardından komandamızın baş məşqçisi Ole Qunnar Sulşer MUTV kanalına ayaqüstü müsahibə verib.

KOMANDA RUHU

“Komanda, klub, azarkeşlər, hər kəs bu ruha sahibdir. Biz hər oyuna inam və özgüvənlə çıxırıq və biz PSJ ilə oyunda da eynisini edəcəyik. Bilirik ki, bu, çətin bir yoxuşdur, amma biz bunu bacararıq”.

ROMELU ÇOX ÇALIŞIR

“Lukaku yaxşı bir bitiricidir və qollar vurmağı sevir. Qol vurmağı sevən bir hücumçunu dayandıra bilməzsiniz. Onun qolu necə qeyd elədiyini gördünüz, biz bunu hər gün məşqlərdə görürük. Hər zaman bu şeylər üzərində çalışır və buna görə də bəhrəsini görür”.

PERREYRA KEYFİYYƏTİNİ ORTAYA QOYDU

“Mən ondan çox razı qaldım. Onun burada bir neçə pis təcrübələri olub və biz bilirik ki, o, bir Akademiya uşağıdır. Onu illərdir görürük və onun özünəməxsus keyfiyyətləri var. İlk hissədə bir neçə asma etdi və sonra da çox gözəl bir qol vurdu”.

PALTARDƏYİŞMƏ OTAĞI TOPARLANIR

“Gözəl bir başlanğıc etdiyimizi deyə bilərəm, lakin sonradan zədə səbəbi ilə oyunun tempi bir az düşdü. Onlar bizə nəzarət elədilər və açıq oyun oynadılar. Onlar iki fantastik qol vurdular. Onlar barədə hansı tədbirlər görə bilərsiz? Başqa nəsə edə bilməzsən, buna görə də bizim vurduğumuz 3 qol möhtəşəmdir”.

“Paltardəyişmə otağında bir araya gələrək böyük bir xarakter sərgilədik: inam dolu və bütün diqqətləri Çempionlar Liqasına yönəlmiş bir vəziyyətdəyik”.

QƏLƏBƏNİN MEMARI OYUNÇULARDIR

“Bu vəzifədə olduğum hər saniyədən zövq almışam. Sən sadəcə uşaqların qələbə qazanmalarını istəyirsən, onların layiq olduğunu əldə etmək, onun bəhrəsini görmək istəyirsən. Onlar sərgilədikləri inam və enerji ilə bu qələbəyə layiq olduqlarını göstərdilər”.

“Biz fasilədə “Stretford End” barədə danışdıq, sanki onlar qolları qapı toruna doğru çəkirlər. Bu gün də eynisi oldu, onlar sadəcə möhtəşəm dəstək ilə qollar vurmağımıza səbəb oldular. Qapı arxasında çox böyük bir dəstək var idi”.


Mənbə: ManUtd.com

0 comments