Aleksis Sançez zədələnib

Aleksis Sançez
Paylaş:

Dünən “Southemton”la oyunun ardından mətbuat konfransında çıxış edərkən Ole Qunnar Sulşer bildirib ki, Aleksis Sançez yenə zədələnib və bu günə nəzərdə tutulan müayinədən sonra ona dəqiq diaqnoz qoyulacaq.

Çilili futbolçu ikinci hissənin əvvəllərində rəqib cərimə meydançasında bir zərbə almışdı və bundan sonra Dioqu Dalo ilə əvəzlənmişdi. Meydanı alqışlar altında tərk edən Sançezin zədəsi barədə danışarkən Ole deyib:

“Biz zədənin nə qədər ciddi olduğunu hələ bilmirik. O, dizindən bir zərbə aldı. Ola bilsin ki, dizaltı bağları zədələnib. Biz onu sabah müayinə edəcəyik və ümid edirik, pis xəbərlə qarşılaşmarıq”.

Qeyd edək ki, dizaltı bağlarda bir zədələnmə öz təsdiqini taparsa, Aleksis uzun müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.


Mənbə: manutd.com

0 comments