Devid Bekhemin şərəfinə heykəlin açılışı olub

Devid Bekhem
Paylaş:

“LA Qalaksi” klubu Devid Bekhemin şərəfinə ucaldılan heykəlin açılışını edib.

Bekhem 2007-ci ildə “Los-Anceles Qalaksi”yə qoşulmuş və burada 6 mövsüm keçirmişdi. MLS klubu ilə 98 oyunda 18 qol vuran keçmiş “Mançester Yunayted” əfsanəsi bu illər ərzində komandasının 2011 və 2012-ci illərdə ölkə çempionu olmasına yardım etmişdi. Klub onun adını əbədiləşdirmək və daim azarkeşlərin yaddaşında saxlamaq məqsədilə onun şərəfinə stadionun qarşısında heykəl ucaldıb.

Açılış mərasimində çıxış edərkən Beks deyib:

“Mən sadəcə demək istəyirəm ki, bu, mən və ailəm üçün çox qürurverici bir hadisədir. Sizlər tərəfindən bu cür dəyəri hiss etdiyim üçün çox minnətdaram. İlk gündən bəri siz məni özünüzdən biri kimi qəbul elədiniz. Mən 6 il “Qalaksi”nin şərəfini qoruduğum üçün fəxr edirəm, amma sizlərə çempionluq sevincini yaşatdığım üçün daha çox qürur duyuram. MLS-ə təşəkkürlər edirəm, hansı ki, mənə inandılar və məni bu böyük ölkənin ən yaxşı liqasına gətirdilər, ən önəmlisi də bu möhtəşəm kluba. Nə vaxt mənim uşaqlarım, nəvələrim buranı ziyarət edərlərsə, mənim heykəlimi görüb atalarıyla, babalarıyla fəxr edəcəklər. Buna görə mən sizə dərin minnətdarlığmı bildirirəm”.

david beckham statue ile ilgili görsel sonucu

david beckham statue ile ilgili görsel sonucu

Ä°lgili resim


Mənbə: Sky Sports

0 comments