PSJ ilə oyunu 10 futbolçu buraxa bilər

Ole Qunnar Sulşer
Paylaş:

Çempionlar Liqasında “Pari Sen-Jermen” ilə cavab oyununda Ole Qunnar Sulşer əsas heyətin 10 oyunçusundan çox güman ki, istifadə edə bilməyəcək.

Nemanya Matiç, Ander Errera, Xuan Mata, Cessi Linqard, Antoni Marsial, Antonio Valensiya, Matteo Darmian və Aleksis Sançes zədəlidir, Fil Cons “Yunayted”in heyətində son 4 oyunu buraxmasına səbəb olan xəstəlikdən hələ də müalicə olunur, Pol Poqba isə PSJ ilə ilk oyunda aldığı qırmızı vərəqə səbəbindən cavab matçını buraxmalı olacaq.

Cavab oyununda zədəli futbolçulardan hansınınsa qayıtmaq şansının olması haqqında suala Sulşer velə cavab verib: “Xeyr, bu real deyil. İnanmıram ki, zədəli olanlardan kimsə oynaya bilsin. Marsial? Yox, biz onunla risk edə bilmərik. O, hələ məşqlərə başlamayıb, ona görə də düşünmürəm ki, oynaya bilsin”.


Mənbə: Manchester Evening News

0 comments