Aleksis 6-8 həftəlik sıradan çıxıb

Aleksis Sançez
Paylaş:

Çili yığmasının həkimi Pedro Onate bildirib ki, “Mançester Yunayted”in futbolçusu Aleksis Sançes diz bağlarından aldığı zədə səbəbilə qarşıdakı 6-8 həftəni futbolsuz keçirməli olacaq.

Sançes şənbə günü “Sauthempton” üzərində “Yunayted”in 3:2 hesabı ilə qazandığı dramatik qələbənin ikinci hissəsinin əvvəllərində zədələnərək meydanı tərk etməli olmuşdu. Bu zədə ona Çempionlar Liqasında “Pari Sen-Jermen” ilə 6 martda baş tutacaq cavab oyununda iştirak etməsinə imkan verməyəcək.

Aleksisin zədəsi əgər həqiqətən də deyilən müddətə qədər uzansa, onda onun bu mövsüm “Yunayted”in heyətində yalnız iki Premyer Liqa oyununda iştirak etmək imkanı olacaq – “Haddersfild” və “Kardiff”ə qarşı.

Onate zədənin daha ciddi ola biləcəyini də düşünür və qorxur ki, Sançes 14 iyunda Brazilyada keçiriləcək Kopa Amerika turnirində Çili yığmasına kömək edə bilməsin.


Mənbə: Sky Sports

 

0 comments