“Yunayted” Fransaya yola düşdü

Oyunçular
Paylaş:

Çempionlar Liqasında “Pari Sen-Jermen” ilə cavab oyununda iştirak etmək üçün Fransaya yola düşən Mançester Yunayted”in heyəti bəlli olub.

Zədəli kimi göstərilən heç bir futbolçu bu səfərə yollanmayıb və bu səbəbdən Ole Qunnar Sulşer heyətə səkkiz Akademiya üzvünü daxil edib. Çonq, Qomes, Qrinvud və Qarnerlə yanaşı Parisə 18 yaşlı cinah müdafiəçisi Brendon Uilyams da yollanıb.

“Yunayted” tam olaraq bu heyətlə səfərə yola düşüb: De Hea, Romero, Qrant, Yanq, Şou, Dalo, Lindelöf, Roho, Smollinq, Bayi, Uilyams, MakTominey, Fred, Pereyra, Qarner, Qomes, Çonq, Reşford, Qrinvud və Lukaku.


Mənbə: manutd.com

0 comments