PSJ ilə oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşar
Paylaş:

Çempionlar Liqası 1/8 final mərhələsinin cavab matçı çərçivəsində sabah baş tutacaq “Paris-Sen Jermen” – “Mançester Yunayted” matçı öncəsi Ole Qunnar Sulşer və Viktor Lindelöf təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

OYUN BARƏDƏ

“Çətin bir sınaqdır, amma biz bunu bacararıq. Bizim ilk qolu vurmağa və oyuna nəzarət etməyə ehtiyacımız var. Yaxşı bir plan lazımdır.

“Hər kəs bilir ki, biz bunu edə bilərik, bunu çox eləmişik. Keçən il “Yuventus” “Real Madrid”ə 3-0 məğlub oldu, amma cavab matçında 3-0 önə keçdi, PSJ – “Barselona” da buna bir nümunədir. Komandaların belə nəticələri dəyişməsinə dair bir çox nümunələr var.

“Nə vaxt ki, heç kim sənə inanmır, o zaman bir az xarakter göstərməlisən. Bu oyunçular məğlubiyyətə öyrəşməyiblər, biz evimizdə uduzduğumuz oyuna görə də məmnun deyilik”.

SER ALEKS FERQYUSON KOMANDA İLƏ SÖHBƏT APARACAQMI?

“Xeyr, o, komanda ilə danışmayacaq”.

RƏQİB İLƏ MÜBARİZƏ APARMAQ OLARMI?

“MƏn 1995-ci ildə “Molde” ilə burada oynamışam. O zaman da yaxşı idilər, amma indi daha möhtəşəm bir kluba çevriliblər.

“Heç kəs sənə inanmayanda gərək xarakter göstərəsən. Tarix yazmaq yox, mərhələni adlamaq önəmlidir. Ən yaxşı şəkildə oynasaq, onlarla başa çıxa bilərik”.

ALEKSİS SANÇEZ BARƏDƏ

“O, bir müddət bizimlə olmayacaq. Dizindən pis zədə alıb. Çox güman ki, 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq. Ümid edirik tezliklə sağalar”.

GƏNCLƏR BARƏDƏ

“Brendon Uilyams cinah müdafiəçisidir və hər iki cinahda oynaya bilir. İlk dəfədir bizimlə yola düşür, o, bizə qoşulacağını heç gözləmirdi”.

“Düşünürəm ki, bu klubda olan hər bir gənc oyunçu Reşfordun etdiklərini təkrarlamağı arzu edir. Sabah axşam gənclərimiz üçün önəmli bir fürsət ola bilər”.

İLK MATÇ BARƏDƏ

“Standart vəziyyətdən qol buraxmaq hər zaman məyusluq yaradır, sonrakı 10 dəqiqə də pis idi. Biz onların əks-hücumlarda təhlükəli olduqlarını bilirik, amma həmin 10 dəqiqədə sanki bizə hər zaman qol vura biləcəklərini göstərdilər”.

“Mən ilk oyunda üzgün idim. İlk hissədə zədələrə görə çalışdıq ki, qol buraxmayaq, çünki vacib idi. Qol buraxdığımız üçün çox kədərləndim. Amma sonra “Çelsi” səfərinə getdik, “Liverpul”la da oynadıq və qol buraxmadıq. Bilirik ki, qapımızın toxunulmazlığını saxlaya bilərik”.

OYUNUN ANALİZİ

“Biz oyunları analiz edirik, amma xırda səhvlər etdiyin təqdirdə cəzalanırsan. Premyer Liqada bundan yaxa qurtara bilərsiniz, amma Çempionlar Liqasında daha şansınız olmur”.

OYUN PLANI BARƏDƏ

“Biz ilk qolu vurmalıyıq, sonra hər şey ola bilər. Qollar hər zaman oyunu dəyişir və ilk qolu vursaq, növbəti qola inanamağa başlayacağıq.

“Biz heç bir oyuna bu cür yanaşmayacağıq. Bizim asanlıqla təslim olacağımız güman edilir, amma bu, “Yunayted” oyunçuları ilə heç vaxt baş vermir. Bizim vüqarımız ilk oyunda bir az incidildi. Əgər 9-10 oyunçumuz yüksək səviyyədə oynaya bilsə, onlarla başabaş mübarizə apara bilərik. Biz 1 qolu 2 qola çevirə bilərik”.

LİNDELÖF, MBAPPE HAQQINDA

“Hər kəs onun necə keyfiyyətə sahib olduğunu bilir, amma mən mübarizəyə hazıram. O, yaxşı bir oyunçudur, lakin sən də gərək nəyəsə əngəl olasan”.


Mənbə: Mirror

0 comments