Parisdə “Yunayted” azarkeşi bıçaqlanıb

paris
Paylaş:

Sky Sports xəbər verir ki, PSJ – “Mançester Yunayted” (1-3) matçı bitəndən sonra Paris şəhərində qələbə sevincini qeyd edən bir “Yunayted” azarkeşi taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Xəbərdə deyilir ki, 44 yaşlı MY azarkeşi 3 dostu ilə qələbə sevincini qeyd edə-edə şəhərin mərkəzinə yollanırmışlar. Taksi sürücüsü isə gözlənilmədən xanım azarkeşi bıçaqla hədələyərək onlardan dərhal maşını tərk etmələrini tələb edib. Bu zaman (hələlik adı naməlum qalır) maşında olan digər azarkeş xanım azarkeşi müdafiə etməyə çalışarkən qəflətən döş qəfəsindən iri bıçaq zərbəsi alıb və qan itirməkdə olarkən ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Bu gün günortadan sonra onun ağciyərinə yığışan qanı təmizləmək üçün zərərçəkən təcili əməliyyat olunub.

O da qeyd olunur ki, Fransa polisi cinayətdə şübhəli bilinən şəxsi yaxalayıb. Amma cinayətə səbəb olan o bıçağın hələ də tapılmadığı bildirilir.


Mənbə: Sky Sports

0 comments