“Arsenal” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Sulşer
Paylaş:

Ole Qunnar Sulşer bazar günü Premyer Liqada “Arsenal” ilə baş tutacaq səfər qarşılaşmasından öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

PSJ ÜZƏRİNDƏKİ QƏLƏBƏDƏN SONRA KOMANDANIN ƏHVALI HAQQINDA

Sulşer etiraf edib ki, PSJ üzərindəki fantastik qələbədən sonra oyunçuları göylərdən aşağı salmaq çətin olmadı.

“Heç bir problem yoxdur. Biz 1/4 finala yüksəldik, bunu “Mançester Yunayted” kimi klubdan hamı gözləyir. Bunun necə baş verməsi, əlbəttə, yaxşı idi, son dəqiqələrdə vurulan qol, matç bitəndən sonra onu qeyd etmək. Amma yenə də deyirəm ki, heç bir problem yoxdur, qarşıda “Arsenal” ilə oyun var və biz yenidən fantastik bir oyuna hazırlaşırıq”.

“YUNAYTED”DƏKİ GƏLƏCƏYİ HAQQINDA

Sulşer “Yunayted”lə daimi müqavilə şərti ilə başlı verilən suala cavab verməyib, amma bildirdi ki, onun “Mölde” ilə müqaviləsi ləğv edilib.

“Mən ona görə buradayam ki, öz işimi görüm. Baş məşqçi iki müqaviləyə sahib ola bilməz, ona görə də mənim müqaviləmə xitam verilib və mən bu klubla iyuna qədər müqavilə başlamışam”.

OYUNÇULARIN FİKİRLƏRİ

“Yunayted”in oyunçuları gizlətmirlər ki, Sulşeri özlərini yeni baş məşqçi görmək istəyirlər. Norveçli mütəxəssisə onların fikirləri maraqlıdırmı?

“Əlbəttə, onları məşq elətdirmək mənim xoşuma gəlir, burada işləməkdən mənim xoşum gəlir, bir neçə dəfə dediyim kimi mən hər gün əlimdən gələn hər şeyi etməyə çalışıram, qərar vermək lazım olanda isə biz bu haqda fikirləşəcəyik”.

HEYƏTDƏKİ PROBLEMLƏR HAQQINDA

“Mənim qarşımda hər oyunda verdiyim qərarlar var. Rəqibin gedişatını, sistemini nəzərə almalısan. Onların nə fikirləşəcəyini tapmaq mümkün deyil. Biz kimin oynaya biləcəyinə və necə oynayacağımıza, müxtəlif sistemlərə, əks-hücüm ya da digər tip oyun tərzlərinə baxmalıyıq”.

“Əlbəttə, indi heyətdəki problemlər indi daha çox əhəmiyyət daşıyır. Bizim çətin oyunumuz olub, yəqin ki, sonuncu və “Arsenal” ilə kubok oyunu fiziki planda ən çətinləri olub. Skott və Fred son oyunda çox qaçıblar və biz indi bu haqda fikirləşməliyik”.

POZİTİV ƏHVAL-RUHİYYƏ

“Hər şeyi başqa cür necə yanaşmaq lazım olduğunu bilmirəm. Əgər kimsə zədəlidirsə, buna sənə verilən bir fürsət kimi yanaşmaq lazımdır. Ander, Poqba və Matiçi skamyada otuzdurmaq ağırdır, amma indi mənim başqalarını da görmək şansım var”.

“Mən hər zaman pozitiv olmuşam, bir dəfə əvəzedicilərin heyətində almacıq sümüyümü sındırmışdım, bir ya iki gün sonra mən özüm üçün fikirləşirdim ki, indi mənim hansı fürsətlərim var, çünki fiziki mübarizələrə girişə bilmirdim, amma fiziki vəziyyətim və zərbələr üzərində məşq edə bilərdim”.

OYNADIĞIN KLUBU ÇALIŞDIRMAQ ÇƏTİNDİRMİ?

“Ser Aleksin bu klubla heç bir əlaqəsi olmayıb, amma o, bura gəldi və bütün ömrünü bu kluba həsr etdi və indi mən də özümü bu kluba həsr etməliyəm, mənə bu klubda oynamağı isə çox kömək olur”.

REŞFORDUN POTENSİALI HAQQINDA

“Reşford uzun müddət “Yunayted”də qalsa, əla olardı – belə oyunçuları biz klubun əfsanəsi və bir klublu oyunçu adlandırırıq. Biz ümid edirik ki, Reşford onlardan biri olacaq, bu ondan asılıdır, əgər yaxşı oynamağa davam etsə, komandada qalacaq”.

“Üç aya böyük dəyişilikləri görmək çətindir, amma onun cəmi 21 yaşı var və onu bağışlamaq olar, əgər topu qapıdan kənar vursa və ya topa çatmasa”.

“Reşdən hələ ki, heç kim stabillik gözləmir, amma onun əla zərbələri və topla yaxşı rəftar etmə bacarığı var. O, çox qol vurmalıdır, necə ki, Rom (Lukaku) son oyunlarda fərqlənir”.

“Hərdən Reşfordda əla qollar alınır, amma Kriştianunun qolları illər ərzində necə dəyişdiyinə baxmaq lazımdır. Reş bunların üzərində işləməlidir. Ona cərimə zonasında bir balaca yerdəyişmə etmək və cərimə zonasında qalmaq lazımdır”.

LUKAKUNUN FORMASI HAQQINDA

“Mən fikirləşmirəm ki, çox şey dəyişib, ondan bir neçə dəfə xahiş etmişik ki, cinahda oynasın və daha çox qol fürsəti əldə etsin. İndi daha çox cərimə zonasında oynayır. PSJ ilə oyunda hücumda iki oyunçu ilə idik və onlar birlikdə əla tandem təşkil edə bilər. İstəməzdim ki, bu ikisi nə vaxtsa mənə qarşı oynasınlar”.


Mənbə: Mirror

0 comments