Sulşer “Arsenal” ilə oyundan sonra

Ole Qunnar Sulşar
Paylaş:

“Arsenal” ilə səfərdə məğlubiyyətlə başa çatan oyunun ardından Ole Qunnar Sulşer Sky Sports kanalına müsahibə verib.

MƏĞLUBİYYƏTƏ BƏHANƏ YOXDUR

“Bu gün ilk qol oyunun necə getdiyindən xəbər verirdi. Onlar qol vurandan sonra deyəsən bir az topu bizə verib topsuz oynamaq istədilər. Düşünürəm ki, biz çox böyük qol epizodlarına girdik, amma yararlanmaq mümkün olmadı. Bəzən hücumçular belə şeylərlə də qarşılaşırlar. Mən qol şansını qaçırma hissini hər kəsdən daha yaxşı anlayıram”.

OYUNU DƏYİŞMƏYƏ ÇALIŞDIQ

“Biz sona qədər oynamalı, şanslar yaratmalı idik. Amma tam istədiyimiz olmadı. Oyuna böyük təsir edə bilmədik. Toparlanmalı və yaxşı bir reaksiya verməlisən. Qarşıda “Volves” ilə önəmli FA Kuboku matçımız var və ona hazırlaşmalıyıq”.

İLK QOL BARƏDƏ

“David hər dəfə qol buraxanda kədərlənir, çünki yüksək səviyyəli bir qolkiperdir. Top qəribə bir trayektoriya cızdı və videotəkrara baxarkən topun əvvəlcə De Heanın soluna doğru istiqamətlənib sonradan sağa fırlandığını görmək olar. Amma biz də çox ləng idik. İlk 15-20 dəqiqədə onlarla ayaqlaşmaq üçün çox ləng davranırdıq. Onları təzyiq altında saxlaya bilmədik və onlar qol vurmağa macal tapdılar”.

PENALTİ BARƏDƏ

“Biz iki dəfə topu dirəyə vurduq, 4-5 dəfə də böyük qol şansı yaratdıq. Bəzən hücumçular bu şansları qola çevirə bilir, bəzən də çevirə bilmirlər. Mən Davidin qurtarış edə biləcəyi hansısa epizodu da xatırlamıram.

Onlar sonra penalti qazandılar və mən hakimin həmin epizoda təkrar baxarkən məyus olacağını güman edirəm, çünki təkrarına baxanda həmin epizodda qayda pozuntusunun olmadığı görünür. Əlbəttə, hücumçu sadəcə topu içəriyə doğru atdı. Onlar tamamilə bizə qarşı üstünlük əldə etməmişdilər”.

OYUN BARƏDƏ

“Biz oyuna zəif tempdə başladıq və yəqin ki, bunun səbəbi PSJ ilə oyundan qaynaqlanır, bilmirəm. Bilirəm ki, qol şansları yaratdıq. Onlar ilk qolu vuranda tamam fərqli oyun gedirdi. Biz bu gün onlara qarşı FA Kuboku matçında yaratdığımız qol şanslarından daha çoxunu yaratdıq. Həmin oyundakından daha yaxşı oynadıq, amma nəticə belə olanda bunun heç bir köməyi dəymir”.


Mənbə: manutd.com

0 comments