“Vulverhempton” ilə oyundan öncə komandanın vəziyyəti

Ole Qunnar Sulşer
Paylaş:

İngiltərə Kubokunun növbəti mərhələsində baş tutacaq “Vulverhempton” ilə oyunda Eşli Yanq iştirak etməyəcək. 

33 yaşlı müdafiəçi İngiltərə Kuboku çərçivəsində keçirilən “Çelsi” ilə beşinci mərhələnin matçında ikinci sarı vərəqəsini almışdı və “canavarlar” ilə oyunu diskvalifikasiya səbəbindən buraxmalı olacaq.

Hələ ki, Antonio Valensiya və Matteo Darmian zədəlidir, onun cinahda mövqeyini yəqin ki, Dioqu Dalot tutacaq, baxmayaraq ki, “Pari Sen-Jermen” ilə oyunda həmin mövqedə Erik Bayi çıxış edirdi.Fil Cons xəstəlik səbəbi ilə 9 fevraldan bu yana oyunlarda iştirak etmir, hansı ki, “qırmızı şeytanlar” Premyer Liqada “Fulhem” üzərində səfər qələbəsi qazanmışdı.

Aleksis Sançes martın 2-də “Sauthempton” ilə oyunda zədələnmişdi və Sulşer xəbər vermişdi ki, dörd-altı həftə oynaya bilməyəcək.

Keçən bazar günü “Arsenal” ilə oyunda Premyer Liqada debüt etmiş Meyson Qrinvud bu həftənin çərşənbə günü UEFA Gənclər Liqasında “Midtyulland” ilə matçı xəstəlik səbəbindən buraxmalı olmuşdu.

Keçən həftə “Yunayted”in heyətinə Nemanya Matiç və Antoni Marsial qayıtmışdı. Ander Errera, Xuan Mata və Cessi Linqard komanda ilə birlikdə keçən həftənin cümə günündən məşq etməyə başlayıblar və ola bilsin ki, “canavarlar”la oyunda iştirak edə bilsinlər.

Buna zamanda “Vulverhempton”un baş məşqçisi Nunu Espiritu Santu sevinə bilər ki, komandasında heç bir zədəli futbolçu yoxdur.

Müdafiəçi Rayan Bennet “Kardiff” ilə oyunda mövsüm ərzində 10-cu sarı vərəqəsini alıb və iki oyunu cəza səbəbindən buraxmalı olacaq, amma bu diskvalifikasiya yalnız Premyer Liqa oyunlarında şamil olunur.

“Canavarlar”ın digər müdafiəçisi Romen Saiss bildirib ki, onun komandası “Yunayted” ilə oyundan öncə özlərinə çox güvənirlər.

“İndi biz bu diqqətimizi bu oyuna yönləndirməliyik. Bizim ünüç yarımfinala çıxıb “Uembli”də oynamaq çox vacibdir. Biz evdə oynayacayıq və oyuna yaxşı hazır olmalıyıq. Biz bütün həftəni çalışacayıq və həftə sonu möhtəşəm oyun göstərmək istəyirik” – deyə Saiss bildirib.


Mənbə: manutd.com

0 comments