Daily Mail: “Lukaku zədələnib”

romelu lukaku
Paylaş:

The Daily Mail xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Romelu Lukaku ayağından zədə alıb və “Vulverhempton” ilə kubok matçını buraxmalı olacaq.

Mənbənin verdiyi məlumatda deyilir ki, Romelu zədəni “Pari Sen-Jermen” ilə matçda almışdı və “Arsenal” ilə oyunda daha da ağırlaşdırmışdı.

Bütün həftəni həkim heyəti tibbi və reabilitasiya prosedurları ediblər ki, futbolçunu tezliklə sıraya qaytarsınlar, amma çox güman ki, Lukaku “Yunayted”in qarşıdakı matçını buraxmalı olacaq.

Romelu Lukaku yaxşı formadadır, “Kristal Pelas”, “Sauthempton” və “Pari Sen-Jermen” ilə matçlarında ümumillikdə 6 qol vurmağı bacarıb.


Mənbə: The Daily Mail

0 comments