Sulşer “Vulverhempton” ilə oyundan sonra

Ole Qunnar Sulşar
Paylaş:

Ole Qunnar hesab edir ki, “Vulverhempton” ilə İngiltərə Kuboku çərçivəsində keçirdikləri səfər oyununda ev sahibləri qazandığı qələbəyə layiq idilər.

“CANAVARLAR” QƏLƏBƏYƏ LAYİQ İDİLƏR

“Bu matç böyük təəssüf doğurdu. Ümumilikdə rəqib qələbəyə layiq idi, çünki daha çox qol epizodları yaratdılar. Bəli, biz topa nəzarətdə irəlidəydik, amma hər şeyin bizim nəzarət altımızda olması hissi sanki yox idi və mən görmədim ki, “canavarlar”a həqiqətən də ciddi təzyiq göstərə bilək. Elə təəssürat yaranmışdı ki, onlar ilk hissədən sanki narazı deyildilər və daha sonra onlara asan qol vurmağa şərait yaratdıq. Bizdə nə çatmırdı? Əslində çox şey. Bu gün mənim gəlişimdən sonra ən pis oyunumuz idi. Keçən həftə “Arsenal” ilə oyunda öz  oyunumuzdan razı idik, amma bu gün yox. Biz istəyli deyildik və topla oyunda keyfiyyət çatışmamazlığı var idi. İlk hissədə topsuz biz hərəkət etmirdik, amma topla temp çatışmırdı. Belə olanda isə topu tez-tez rəqibə verirdik”.

HÜCUM ZAMANI BİTİRİCİLİYİN ZƏİF OLMASI HAQQINDA

“Bizə ötürmə müəllifi və sürəti çatışmamazlığı var idi. Hücumdakı bitiricilikdən də böyük problemimiz bu idi. Biz cəld ötürmə etməliyik, irəli getməliyik, irəliyə qaçmalıyıq. İlk hissədə Pol bir neçə dəfə hücuma sürətli çıxanda rəqib futbolçuları sarı almağa məcbur edirdi. Bir neçə dəfə Markus onların müdafiəçilərinin arasından mərkəzə doğru sığımışdı. Qalan vaxt ərzində isə biz topa sahib olurduq və özümüzü çox rahat hiss edirdik”.

ROMERONUN SEYVLƏRİ HAQQINDA

“Serxio bir neçə fantastik seyvlər etdi – o, yenə də çox-çox yaxşı oynayır. Amma rəqibin bizdən daha yaxşı qol fürsətlərinin yaratması təəssüf hissi doğurdur. Onlar bu qələbəyə layiq idilər. Serxio bir neçə dəfə bizə oyunda qalmağımıza kömək etdi, amma biz qolkiperimizə belə təzyiq edilməsinə rəvac verməməliyik”.

KEYFİYYƏTLİ OYUNUN İTİRİLMƏSİ HAQQINDA

“Fikirləşirəm ki, bu təbii olaraq bir düşüşdür. Hər oyunu yüksək keyfiyyətdə oynamaq mümkün deyil. Bu bizim ən zəif oyunumuz idi, amma rəqibimiz də yaxşı idi. Bu mövsüm top-klublara qarşı yaxşı çıxış ediblər, baxmayaraq ki, biz öz səviyyəmizdən aşağı oynadıq, amma onlar da pis deyildilər”.

LİNDELÖFÜN QIRMIZI VƏRƏQƏSİNİN LƏĞVİ

“Düzünü desək mən həmin epizodu görmədim. Həmin an Xuan Matanı meydana buraxmağa hazırlaşdırırdım, ona görə də baş verənləri görə bilmədim. Məncə bu və VAR sistemin verdiyi digər qərarlar hələ çox müzakirə olunacaq. Mümkün penalti, qırmızı vərəqə epizodlar və digər oyundakı məqamlar. Amma bu epizodu mən görmədim”.

OLE OYUNÇULARA MÜRACİƏT ETDİ

“Qarşıdan milli komandaların oyunları gəlir, buna görə də biz nəsə edə bilmərik. Yığmaların düşərgələrinə yollanan oyunçular, gedin və zövq alın, gedin və bacardığınız qədər yaxşı oynayın. Onların bəziləri heyətə yenidən dəvət olunub, bəlkə də bu, onlar üçün əlavə bir stimul olacaq. Bizə sadəcə daha yaxşı vəziyyətdə qayıtmaq lazımdır. Fərqi yoxdur, istirahət edəcəksən və ya öz milli komandan ilə oyunlar keçirəcəksən, əsas odur yaxşı bir təbəssümlə qayıt, enerji dolu. Və bizi qarşıda gözləyən liqa və Çempionlar Liqası oyunlarına hazır ol. Biz liqada çox yaxşı mövqedəyik, Çempionlar Liqasında oyunumuz var, amma FA Kubokunda yarımfinala vəsiqə qazana bilmədiyimiz üçün çox məyusuq”.


Mənbə: manutd.com

0 comments