Agent: “Valensiya Mançesteri tərk edəcək”

Antonio Valensiya
Paylaş:

Sky Sports xəbər verir ki, “Mançester Yunayted”in kapitanı Antonio Valensiya yayda London təmsilçisi “Arsenal”a transfer oluna bilər.

Valensiyanın atası, hansı ki, həm də onun agentidir, Ekvadorun El Universo nəşrinə verdiyi müsahibəsində oğlunun gələcək karyerasını harada davam edə biləcək variantlardan danışıb.

“O, dəqiq Mançesterdə qalmayacaq. Onun özü dəyişiklik istəyir və klub da müqavilə bağlamaq niyyətində deyil. Həyatda hər şey nə vaxtsa bitir”.

“Karyerasının davamı üçün variantlar varmı? Hal-hazırda onun variantları arasında “Arsenal”, “Vest Hem”, Milan “İnter”i və bir Çin klubu var, amma futbolda hər şey tez dəyişir”.

“O, özü üçün ən yaxşı variantı seçmək istəyir, amma ilk öncə iki illik müqavilə bağlamaq istəyir. Bu ona pul üçün lazım deyil. O, ümid edir ki, vacib kuboklar uğrunda mübarizə apara biləcək bir kluba keçəcək”.

Xatırladaq ki, “Yunayted” Valensiyanın müqaviləsindəki avtomatik bir il də artırılma bəndiki aktivləşdirmədi və 33 yaşlı futbolçu yayda “Old Trafford”u azad agent statusu ilə tərk edəcək.


Mənbə: Sky Sports

0 comments