Matiç yığmanın heyətindən geri qayıdıb

Nemanya Matiç
Paylaş:

“Mançester Yunayted”in növbəti oyunçusu zədə səbəbindən yığmanın heyəti tərk edib. Nemanya Matiç Serbiya millisinə Almaniya və Portuqaliya yığmaları ilə oyunlarında kömək edə bilməyəcək.

Serblərin baş məşqçisi Mladen Krstaiç Serbiya FA-nın rəsmi saytına verdiyi müsahibəsində deyib: “Nemanya nə Volfsburqda, nə də Lissabonda oynamayacaq. Bəli, komandasının son oyununda iştirak edirdi, amma matçın sonuna qədər meydanda qala bilməmişdi”.

Xatırladaq ki,buna qədər Antoni Marsial və Lyuk Şou zədə səbəbindən yığmalarından heyətlərindən geri qayıtmışdılar. Romerlu Lukaku hələ də yığmasının həkimlərinin nəzarəti altındadır. Viktor Lindelöf isə şəxsi məsələsinə görə yığmanın toplanışına getməyib.


Mənbə: Manchester Evening News

0 comments