“Barselona” biletlərin qiymətini qaldırıb

Barselona
Paylaş:

The Guardian xəbər verir ki, “Mançester Yunayted” növbəti dəfə Çempionlar Liqası matçında səfər azarkeşlərinin bilet pullarının bir hissəsini özü ödüyəcək.

Aprelin 16-da “Yunayted” səfərdə “Barselona”nın qonağı olacaq və katolonlar “Kamp Nou”da baş tutacaq oyunda bilet pulunun qiymətini 102 funta qaldırmaqla rekord edib. Çempionlar Liqasının finalları istisna olmaqla bu “Mançester Yunayted”in iştirakı ilə baş tutacaq oyunlarda ən bahalı bilet qiyməti olacaq.

Bu vəziyyəti nəzərə almaqla “qırmızı şeytanlar”ın rəhbərliyi “Valensiya və “Sevilya” matçlarında istifadə etdiyi sxemi tətbiq edəcəklər. “Yunayted” özü də “Barselona” ilə ev oyununda qonaq sektora biletin qiymətini 102 funta satacaq. Əldə olunan gəlirdən səfər azarkeşlərinin bilet pulunun bir hissəsini təzminat kimi klub özü ödüyəcək. Belə olan şəkildə “Mançester Yunayted” azarkeşləri üçün “Kamp Nou”da biletlərin qiyməti 75 funt olacaq.

“Biz güman edirik ki, bizim səfər azarkeşlərimiz ev sahibləri tərəfindən haqsız və həddindən artıq şişirdilmiş qiyməti artımı ilə üzləşiblər – “Yuanyted”in yaydığı bəyanatda deyilir. Biz yenə də çətin qərar verməli olduq, belə ki, “Barselona” azarkeşləri üçün bileti onların bizim üçün təyin etdiyi qiyməti qoyduq – 102 funt. Biz əlavə xərclər edəcəyik ki, qiymətin asılı olmayaraq səfər azarkeşlərimizin 27 funtunu subsidiyalaşdıraq”.

Qeyd edək ki, “Mançester Yunayted”ə “Kamp Nou”da 4610 standart bilet ayrılıb və biletlərin artıq hamısı alınıb.


Mənbə: The Guardian

0 comments