Çork: “Yunayted”in Sançoya marağından xəbərim yoxdur”

Ceydon Sanço
Paylaş:

Dortmund “Borussiya”sının idman direktoru Mihael Çork bildirib ki, “Mançester Yunayted”in Ceydon Sançoya olan marağının heç bir mənası yoxdur.

Sançonun aktivində Avropanın beş ən yaxşı liqasının bütün futbolçularından daha çox məhsuldar ötürmə var.

Bu yaxınlarda mətbuatda xəbərlər yayılmışdı ki, yayda “Mançester Yunayted” 19 yaşlı ingilis hücumçunu transfer etməyə çalışacaq. Futbolçuya Fransa çempionu “Pari Sen-Jermen” də maraq göstərir.

“Yunayted”in Sançoya mümkün maraq salması haqqında verilən suala Çork belə cavab verib: “Mənə bu haqda heç nə məlum deyil, amma bunun heç bir anlamı yoxdur”.

Sanço “Dortmund”da 2017-ci ildə “Mançester Siti”dən keçmişdi, keçən ilin oktyabrında isə alman klubu ilə 2022-ci ilə qədər müqavilə imzalamışdı.

Bu ay BILD nəşrinə müsahibəsində Çork demişdi ki, gələn mövsüm Sanço “Borussiya”da çıxış edəcək, amma onu da qeyd edib ki, hücumçu nə vaxtsa klubu tərk edəcək.

“Ceydona qiymət qoymaq fikrim yoxdur, amma mən deyə bilərəm ki, indi hətta Avropanın ən nəhəng klubları belə onu transfer etməkdə çətinlik çəkər”.

“Ceydon gəlıən mövsüm də “Borussiya”da çıxış edəcək, bu dəqiq olaraq bizim planlarımıza daxildir. O, dəqiq olaraq karyerasının sonuna qədər “Borussiya”da çıxış etməyəcək. Bu da həqiqətdir”.


Mənbə: Sky Sports

0 comments