Təlim-məşq toplantısında “Yunayted”in növbəti rəqibləri

Yay turu
Paylaş:

Klubun rəsmi saytı xəbər verir ki, 2019-cu ilin yayında “Mançester Yunayted” təlim-məşq toplantısını çərçivəsində “İnter”, “Tottenhem” və “Milan” ilə qarşılaşacaq.

“Mançester Yunayted” “Milan” ilə 20 iyulda Sinqapurun Milli stadionunda qarşılaşacaq, daha sonra Şanxaya uçacaq ki, Premyer Liqadan rəqibi olan “Tottenhem” ilə oynasınlar. Bu matç 25 iyulda “Xunkou” stadionunda baş tutacaq.

Avqustun 3-də isə “Milan”a qarşı üçünçü oyun planlaşdırılıb, hansı ki, Kardiffin “Millenium” staduonunda keçiriləcək.

Bu oyunlar komandanın təlim-məşq toplantısının qrafikinə əlavə olunub. Buna qədər “Yunayted” xəbər vermişdi ki, Avstraliyanın Pert şəhərinin “Optus” stadionunda “Pert Qlori” və “Lids” ilə qarşılaşacaq.


Mənbə: manutd.com

0 comments