“Uotford”la oyundan öncə komandanın vəziyyəti

Ole Qunnar Sulşer
Paylaş:

Şənbə günü “Mançester Yunayted” Premyer Liqa çərçivəsində “Uotford”u qəbul edəcək.

Oyundan öncə Ole Qunnar Sulşer oyunçularının hazırlkıq səviyyəsini qiymətləndirməlidir, hansılar ki, bəziləri keçən həftə millilərinin heyətində çıxış ediblər.

QAPIÇILAR

İspaniya yığmasına Norveç üzərində 2-1 hesablı qələbə qazanmasında kömək etmişdi, amma Malta ilə qarşılaşmanı ehtiyat skamyadan izləməli olmuşdur. “Yunayted”in sonuncu oyununda da iştirak etməyən ispan futbolçu çox güman ki, “Uotford” ilə matçda qapıda yer alacaq. Serxio Romero “Yunayted”in heyətində İngiltərə Kubokunda “Vulverhempton” ilə qarşılaşmada əla təəssürat yaratmışdı, amma Argentinanın Venesuela və Mərakəş yığmaları ilə yoldaşlıq oyunlarında iştirak etməmişdi.

MÜDAFİƏÇİLƏR

Eşli Yanq “Vulverhempton” ilə matçı diskvalifikasiya səbəbindən buraxmalı olmuşdu, amma keçmiş komandasına qarşı oyunda iştirak edə bilər. Erik Bayi Kot-d’İvura millisinin heyətində Ruanda ilə qarşılaşmada başından zədə alıb, hansı ki, həmin matçıda yığma karyerasında ikinci qolunu vurub və ikinci gün Liberiya ilə yoldaşlıq oyunu buraxmalı olmuşdu. Viktor Lindelöf İsveç yığmasının oyunlarında iştirak etməyib. Yanvarın 2-də “Nyukasl” ilə oyundan sonra “Yunayted”in heyətində çıxış etməyən Antonio Valensiya keçən həftə millisinin heyətində ABŞ-a qarşı oyunda iştirak etsə də Honduras ilə matçda ehtiyatda qalıb.

Lyuk Şou son anda İngiltərə millisinin heyətindən zədə səbəbindən uzaqlaşdırılıb və “Uotford” ilə oyunda iştirak etməsi hələlik məlum deyil. Fil Cons “Yunayted”in son oyunlarını ehtiyatda keçirib, həmçinin, “canavarlar”la oyunu da və şənbə günü 9 fevralıda “Fulhem” ilə oyundan sonra ilk dəfə meydana çıxa bilər. Matteo Darmian sonuncu dəfə “Yunayted”in heyətində 19 yanvarda “Brayton”a qarşı matçda iştirak etmişdi, Markos Roho isə Sulşerin rəhbərliyi altında bir oyun belə keçirməyib, amma zədədən sonra artıq məşqlərə başlayıb.

YARIMMÜDAFİƏÇİLƏR

Nemanya Matiç zədə səbəbindən “Yunayted”in dörd matçını buraxmalı olmuşdu və Serbiya milllisinin Almaniya və Portuqaliya matçlarını buraxmalı olmuşdu. Ander Errera 24 fevralda “Liverpul” ilə oyunda aldığı zədəni artıq sağaldıb və “Molinyu”da baş tutan sonuncu oyunumuzda iştirak etmişdi. Onun həmyerlisi Xuan Mata da “Liverpul” ilə matçda zədələnmişdi və “Vulverhempton” ilə oyunun son dəqiqələrində meydana çıxmışdı.

HÜCUMÇULAR

Zədədən sonra “Vulverhempton” ilə oyunda meydana qayıdan Cessi Linqard İngiltərə yığmasının matçlarında iştirak etməyib, bunun əvəzində Dubayda məşq edib. Marklus Reşford yığmanın heyətindən zədəyə görə ayrılmışdı, Antoni Marsial isə dizindəki ağrıya görə Fransa yığmasının heyətindən geri qayıtmışdı. Romelu Lukaku zədə səbəbindən “canavarlar”la oyunu buraxmışdı və Belçika yığmasının Avro-2020-in seçmə mərhələsinin iki matçında iştirak etməmişdi. Aleksis Sançes martın 2-də “Sauthempton” ilə oyunda dizindən zədə almışdı və Sulşer xəbər vermişdi ki, çilili futbolçu aprelinin sonuna qədər meydana qayıda bilməyəcək.


Mənbə: manutd.com

0 comments