Sulşer “Yunayted”in yeni baş məşqçisi təyin olundu

Ole Qunnar Sulşer
Paylaş:

“Mançester Yunayted” təsdiqləyib ki, baş məşqçi vəzifəsini icra edən Ole Qunnar Sulşer klub ilə üç illik müqavilə imzalayıb.

1996-cı ildən 2007-ci ilə qədər Sulşer “Yunayted”in heyətində 366 oyuna 126 qol vurmuşdu, 2010-cu ilin sonuna qədər isə komandanın əvəzedicilərinin baş məşqçisi olmuşdu. Baş məşqçi vəzifəsini müvəqətti icra etməyə 2018-ci ilin 19 dekabrından başladı, ilk səkkiz oyununda qələbə qazandı, ümumillikdə isə, 19 oyunda 14 qələbə və iki heç-heçə əldə edib, təyinatından sonra Premyer Liqada ən çox xal qazanan məşqçidir.

Sulşer müqavilədən sonra deyib: “Bu xüsusi klubda ilk gündən özümü evdəki kimi hiss edirəm. “Mançester Yunayted”də oynamaq mənim üçün şərəf idi, məşqçi karyeramı burada başlamaq da həmçinin. Son bir neçə ay fantastik təcrübə oldu və mən istəyirəm ki, bütün məşqçilərə, oyunçulara və klubun əməkdaşlarına minnətdarlıq bildirib, hansı ki, bir yerdə çalışdıq. Bu iş hər zaman mənim xəyalım olub və mən daha çox xoşbəxtəm ki, bu klubu irəliyə aparacam və ümid edirəm ki, azarkeşlərimizin layiq olduğu uğurları əldə edəcəyik”.

Vitse-prezident Ed Vudvord: “Olenin nəticələri hər şeyi deyir. Çıxışları isə nəticədən də çox şey deyir. Ole komandaya öz böyük təcrübəsini həm futbolçu kimi, həm də məşqçi kimi gətirməsi ilə birlikdə gənc futbolçuları inkişaf etdirmək bu klubun mədəniyyətini başa düşmək arzusu ilə bir araya gətirdi. Bütün bunlar o anlama gəlir ki, o, “Mançester Yunayted”i irəliyə aparacaq həmin insandır”.

“Mən Oleyə və onun məşqçi heyətinə indiyə kimi etdikləri hər şeyə görə minnətdarlığımı bildirirəm və layiq olduğu təyinata görə təbrik edirəm. Azarkeşlər və klubdakı hər kəs onu dəstəkləyir və ümid edirlər ki, tariximizin növbəti mərhələsində bizi layiq olduğumuz yerlərə daşıyacaq”.


Mənbə: manutd.com

0 comments