Sulşer komandanın vəziyyəti haqqında

Sulşer
Paylaş:

Premyer Liqada sabah baş tutacaq “Uotford” ilə oyun öncəsi Ole Qunnar Sulşer klub saytına komandanın vəziyyəti barədə qısa müsahibə verib.

Ole bildirib ki, Aleksis Sançez Mançesterə qayıdıb və dizindəki zədənin bərpası üçün çalışır. Bundan əlavə, Antonio Valensiya və Matteo Darmian da sabahkı matçı buraxacaqlar:

“Biz çox yaxşı məşq həftəsini geridə qoymuşuq. Bəziləri buradan uzaqlaşsa da, yaxşı bir vəziyyətdə komandaya qayıdıblar.

“Aleksis hələ təzəcə Mançesterə qayıdıb, bir də ki, Valensiya ilə Darmian da hazır deyillər. Bu üçü sabahkı oyunu buraxmalı olacaqlar.

“Digərlərindən birini, yaxud ikisini yoxlamaq məcburiyyətində qalacağıq”.

Komandanın digər üzvləri barədə 

Romelu Lukaku “Volves” ilə oyunu buraxmışdı və Belçika milli komandasının heyətində də oyunların iştirak ərizəsinə salınmamışdı. Markus Reşford və Antoni Marsial da milli komandaların heyətindən geri çağırılmışdılar. Ruanda ilə oyunda qol vuran Erik Bayi isə başından zədə aldığı üçün Kot-Divuar millisinin Liberiya ilə matçının iştirak ərizəsinə salınmamışdı.

Cessi Linqard millilər üçün yaranmış fasilədə daha yaxşı dincəlmək və formaya düşmək üçün Dubaya üz tutmuşdu. Son matçımızda oynadığı üçün onun sabahkı oyunda da meydanda olacağı gözlənilir.

Lyuk Şou da İngiltərə millisinin heyətindən çıxarılmışdı. Nemanya Matiç isə zədəli olduğu üçün Serbiya millisinin oyunlarını buraxmalı olmuşdu.


Mənbə: Manutd.com

0 comments