Sulşer “Uotford” ilə oyundan sonra

Sulşer
Paylaş:

Premyer Liqada “Uotford” üzərində 2-1 hesablı qələbənin ardından Ole Qunnar Sulşer MUTV kanalına ayaqüstü müsahibə verərək oyun barədə fikirlərini bölüşüb.

SON MƏŞQİMİZ ƏLA İDİ

“Dünən keçirdiyimiz məşqlər əla idi. Mən bura gəldiyimdən bəri ən yaxşısı. Oyunçular çox yaxşı olublar, inanılmaz şeylər ediblər. İntensivlik, keyfiyyət, köklənmə çox yaxşı səviyyədə idi. Sonra biz buraya gəldik və görünürdü ki, bir az yaxşı vəziyyətdə deyilik.

“Nə vaxt ki, 3 xal əsas mövzudur, onda bu daha önəmli olur və sənin yaxşı olmağını istəyən 76 min adam var. Amma ilk 15-20 dəqiqədən sonra biz bu kollektivin hansı potensiala sahib olduğunu görə bilərdik və ikinci hissədə bunu bir az artıra bilərik deyə düşünürdük”.

AZARKEŞLƏR MÖHTƏŞƏM İDİLƏR

“Mən deməliyəm ki, 1996-cı ildə bu kluba gəldiyimdən bu günədək azarkeşlər mənə mükəmməl dəstək sərgiləyiblər. Onlar bu günü xüsusi elədilər. Mövsümün geriyə qalan hissəsi üçün ilk matç idi, çox fantastik oldu”.

MARSİAL ZƏDƏ ALIB

“O, bir zərbə alıb və mən onun cümə axşamı “Volves” ilə oyuna hazır olacağını hələlik deyə bilmərəm. Onun zədəsini dəyərləndirəcəyik. Amma qarşıda hələ növbəti oyuna qədər bir neçə gün var. Əsas şey də budur”.

MƏRKƏZ MÜDAFİƏÇİLƏRİ ƏLA İDİLƏR

“Şou, düşünürəm ki, ən yaxşılardan biri idi. Reşford və Antoni də ön xətdə yaxşı idilər. Amma Cons-Smollinq ikilisi çox əla çıxış etdilər. Onlarsız düşünürəm ki, bu gün tamam fərqli bir nəticə görə bilərdik”.

ÇƏTİN BİR QƏLƏBƏ ƏLDƏ ETDİK

“Premyer Liqada oynamaq hər zaman çətin bir işdir və həmçinin bu gün bizim millilərin heyətində olan oyunçularımızın fərqi hiss olundu. Gördük ki, bir neçə oyunçu zədə keçirib, hələ 1oo faiz oyun keçirməyə hazır deyillər, amma biz bunu bacardıq və əsas da budur. Biz oyuna səliqəsiz başlanğıc etdik.

“İlk 15-20 dəqiqədə düşündüm ki, “Uotford” hesabda irəli keçməyə layiqdir. Sanki biz oturub onların qol vurmasını gözləyirdik. Biz sistemi bir az dəyişməyə çalışdıq və oyuna qayıtdıq. Xuan bizim üçün oyunu ələ aldı. Biz şanslar yaratdıq. Çox yaxşı bir qol vurduq, daha çox qol ola bilərdi. İkinci hissə isə yenə də məyusedici oldu”.

REŞFORDUN GƏLƏCƏYİ PARLAQDIR

“O, özünə inanır. Bitiricilik üzərində çox-çox çalışır. Təkcə zərbələr yox, çox şey üzərində çalışır. Çox şeyi inkişaf etdirmək istəyir və o, çox yaxşı bir qolçu olacaq. Buna görə narahat olmayın”.

ƏVƏZETMƏLƏR ENERJİ QATDI

“Bəli, bu, enerjidir. Cavan uşaqlardır və bizim Akademiyanın yetirmələridirlər. Biz onların enerjisinə ehtiyac duyurduq və Andreas və Linqardın oyuna daxil olması bizi daha da həvəsləndirdi, çünki biz təxminən 1 saat idi ki, özümüzü yaxşı hiss eləmirdik və onların daxil olması ilə fərq hiss olundu”.


Mənbə: manutd.com

0 comments