“Vulverhempton” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer sabah Premyer Liqada baş tutacaq “Vulverhempton” ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Antoni Marsial oyuna hazır olacaq, onda hər şey qaydasındadır. Romelu Lukaku da sağalıb. Viktor Lindelöf son bir neçə gündə yaxşı məşq edib, o da hazır olacaq. Darmian və Bayi hələ ki, oynaya bilməyəcəklər. Valensiya və Sançes də həmçinin”.

İNGİLTƏRƏ KUBOKUNDA “CANAVARLAR”A MƏĞLUBİYYƏT

“Əlbəttə, biz həmin məğlubiyyətdən az dərs çıxartmamışıq, çünki sən əgər yaxşı bir komandaya qarşı oynayırsansa, onda öz səviyyənə uyğun oynamalısan ki, nəticə əldə edə bilərsən. Keçən dəfə kifayət qədər yaxşı oynamadıq, zamanla topa 70% sahib də çıxmışdıq, amma bu o demək deyil ki, sən qol şansı yaradacaqsan və fərqlənə biləcəksən”.

DÖRD OYUNÇU LİQADA 10-DAN ÇOX QOL VURUB

“Bu çox vacibdir, mən təəccübləndim, mənə elə gəlirdi ki, əvvəllər Teddi, York, Koul və mən də hərəyə 10 qol vurmuşuq. Bu yaxşıdır ki, qolların çox sayda mənbəsi var, onda rəqib başa düşür ki, təhlükə hər yerdən gələ bilər və mən ümid edirəm ki, bizim belə oyunçularımız çox olacaq”.

POQBA HAQQINDAKI ŞAYİƏLƏR

“Digər komandaların oyunçuları haqqında danışmağı sevmirəm, amma beynəlxalq fasilə zamanı çox belə xəbərlər yayılır. Oyunçular başqa bir əhatədə olur, mətbuat onları müzakirə edir. Pol çox mehriban və nəzakətli oğlandır, hansı ki, Zidan haqqındakı ümumi suala cavab verib, Zineddin isə Fransa yığmasının əfsanəsi sayılır, fantastik məşqçi hesab olunur, əvvəllər fantastik oyunçu olub və bu yalnız onun tərəfindən nəzakətli bir cavab idi. Amma Pol burada xoşbəxtdir, biz istəyirik ki, onun ətrafında komanda quraq və şayiələr heç nəyi dəyişməyəcək”

İDMAN DİREKTORU VƏZİFƏSİ HAQQINDAKI ŞAYİƏLƏR

“Futbol dəyişilib, futbol klubların strukturları dəyişilib. Biz Ed və Coellə (Qleyzer) istəyirik ki, klub mümkün olduğu qədər yaxşı işləsin. Ona görə də görək hansı qərar qəbul olunacaq, amma mən hər zaman futbolu bilən adamlarla danışmağa şad olaram.

Məncə klub 100 ildən də çox bundan əvvəl yarananda ilk baş məşqçilər həm də katib kimi işləyirdilər, amma futbol indi dəyişilib, indi məşqçi əvvəlki kimi bu qədər işin öhdəsindən gələ bilmir.

Mən hiss edirəm ki, artıq qocalıram. 46 yaxşı rəqəmdir. Fikirləşirəm ki, müasir futbol müxtəlif məsuliyyətlər tələb edir”.

ÇEMPİONLAR LİQASINDA İŞTİRAK ETMƏK TRANSFERLƏRƏ TƏSİR EDİR?

“Mən bu suala artıq çox cavab vermişəm, “Mançester Yunayted” bizim tariximizdir, ənənəmizdir, bizim potensialımız hər zaman oyunçuları özünə cəlb edəcək. Amma sən nə qədər çox yaxşı çalışırsansa, bir o qədərini əldə edirsən və bunun özü də oyunçuları cəlb edir. Çempionlar Liqasında növbəti mövsüm də iştirak edə bilsək yaxşı olar. 3 ay bundan öncə kluba gələndə dördlükdən 11 xal geridə qalırdıq, indi özümüz həmin pillədə qərarlaşmışıq. Bizə yerdə qalan yeddi oyuna da həmin məsuliyyətlə yanaşmaq və bu mövqedə möhkəmlənmək lazımdır”.

MAYKL FELANIN GƏLƏCƏYİ HAQQINDA

“Heç bir xəbər yoxdur, çünki “Uotford” ilə matçımız vardı və qarşıda isə bizi “canavarlar”la qarşılaşma gözləyir. Mən fikirləşirəm ki, Ed və Mik tezliklə hər şeyi həll edəcəklər. Onlar bizim klubun çox önəmli üzvləridirlər”.


Mənbə: Manchester Evening News

0 comments