Varan “Real”dan ayrılmaq istəyir

Rafael Varan
Paylaş:

Əsasən, fransız futbolçuların maraqlarını təmsil edən futbol agenti Bruno Sata deyib ki, “Real”ın müdafiəçisi Rafael Varan “kral klubu”nu tərk etmək haqqında fikirləşir.

25 yaşlı müdafiəçinin adı tez-tez “Mançester Yunayted” ilə yanaşı çəkilir və Sata hesab edir ki, Varan karyerasını Madriddən kənar davam etməyi bacarar.

“Mən Rafaelin qardaşı Antoni ilə danışmışam və biz bazardakı vəziyyəti bir az müzakirə etdik. Mən fikirləşirəm ki, indi Rafaelin karyerasında bu haqda dərindən düşünmək anı gəlib çatıb. Mən bilmirəm o, tam olaraq “Real”ı tərk etmək haqqında qərar verib ya yox, amma o, bu haqda fikirləşir”.

“Madriddə mümkün olan hər şeyi qazanıb, ona görə də onda elə bir hiss var ki, bu klubda hər işi görüb və indi yeni çağırışı qəbul etmək lazımdır. Amma qeyd etmək istəyirəm ki, şəxsən Rafaellə söhbət etməmişəm”.


Mənbə: Manchester Evening News

0 comments