Sulşer “Vulverhempton” ilə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Vulverhempton” səfərindən xalsız qaldıqdan sonra oyun haqqında fikirlərini bölüşüb.

OYUNUN GEDİŞATI HAQQINDA

“Bu həmin günlərdən biri idi ki, biz üç və daha çox vurmaq üçün kifayət qədər çalışdıq. Biz bir neçə əla şanslar yaratdıq, onların qapıçısı isə bir neçə əla seyvlər etdi. Onlar bizim oyunçunun meydandan qovulmasından sonra ilkl təhlükəli vəziyyətlərini reallaşdıra bildilər – qırmızı vərəqədən 20-25 dəq sonra. Uşaqlar yaxşı oynadılar, amma bu bizə kömək etmədi – biz səhvlərimizdən qollar buraxdıq, özümüzdə lazım olan qədər vura bilmədik”.

EV SAHİBLƏRİNİN QAPIÇISI HAQQINDA

“Skottun əla şansı vardı, amma onların qapıçısı yenə əla seyv etdi. Əgər səhv etmirəmsə onların qapıçısı üç ya dörd çox yaxşı seyv etdi. Deməli, biz qazanmaq üçün qələbə kifayət qədər şans yarada bildik, amma təəssüflər olsun ki, hər zaman onları qola çevirmək olmur. Amma hər zaman layiq olduğunu qazanırsan”.

DÖRDLÜK UĞRUNDA MÜBARİZƏ

“Əlbəttə, bu üç xal itirdik və biz başa düşürdük ki, bizə 15 xal yığmaq lazımdır ki, Çempionlar Liqasına düşə bilək. Bu planı yerinə yetirmək üçün bizim hələ altı oyunumuz qalıb. Biz irəliyə baxacayıq və səhvlərimiz üzərində işləyəcəyik, çünki bu yaxşı oyun idi, amma nəticə pis idi”.

POQBANIN OYUNU HAQQINDA

“Bəzi anlarda o, çox sadə variant seçə bilərdi ki, Romeluya pas atsın, amma ümumillikdə bir-birlərini yaxşı başa düşürdülər. Məşqlərdə Pol digər oyunçularımız kimi çox çalışır, amma elə günlər olur ki, onu oyunda göstərə bilmirsən”.

SKOTT MAKTOMİNEY HAQQINDA

“Skott heç vaxt bizi pis vəziyyətdə qoymayıb və bu gün də həmin oyunlardan biri idi. Artıq indidən bəllidir ki, o, “Mançester Yunayted”də çox oyun keçirəcək. O, lazım olan mentallığa sahibdir, atletikdir və bir neçə mövqedə çıxış edə bilər. Bu gün biz hiss edirik ki, onun mövqeyi yarımmüdafiədən də öndədir, amma yarımmüdafidə müdafiə meyilli də oynaya bilər, necə ki, “Liverpul” və PSJ ilə oyunlarda olduğu kimi. Ona görə də mən onunla fəxr edirəm”.


Mənbə: manutd.com

0 comments