Şou iki oyunluq cəzalandırılıb

Lyuk  Şou
Paylaş:

Manchester Evening News xəbər verir ki, Lyuk Şou Premyer Liqada diskvalifikasiya səbəbindən iki oyunu buraxmalı olacaq, çünki bu mövsüm artıq 10-cu sarı vərəqə ilə cəzalandırılıb.

“Yunayted”in müdafiəçisi “Vulverhempton” ilə oyunun ilk hissəsində rəsmi xəbərdarlıq almışdı və indi 13 apreldə “Vest Hem”lə və 21 apreldə “Everton” ilə oyunları buraxmalı olacaq.

Əgər Şou “canavarlar”la oyunu cəzasız başa vura bilsəydi, onun əvvəlki sarı vərəqələri qüvvədən düşəcəkdi, belə ki, sarı vərəqə limiti Premyer Liqanın növbəti oyunlarına qədər uzanacaqdı.

Xatırladaq ki, Premyer Liqanın qaydalarına görə oyunçular mövsüm ərzində hər qazanılan beş sarı vərəqəyə görə diskvalifikasiya olunur, lakin göstərilən son vaxta qədər limiti keçmirlərsə, cəza da gəlmir. Buna baxmayaraq, vərəqələrin ümumi sayı artmağa davam edir. Məsələn, Şou bu oyunda cəzadan qaça bilsəydi, 15-ci sarı vərəqəni qazanmağa qədər vaxtı qalacaqdı.


Mənbə: Manchester Evening News

0 comments