Ole: “Reşford yenidən topuğundan zədələnib”

Markus Reşford
Paylaş:

Ole Qunnar təsdiqləyib ki, Markus Reşford “Vulverhempton” səfərini zədə səbəbi ilə buraxıb.

Bu artıq “Yunayted”in hücumçusunun son həftələrdə aldığı ikinci zədədir. Bundan əvvəl “Liverpul” ilə fevral ayındakı matçda zədələnmişdi və İngiltərə millisinin oyunlarını buraxmalı olmuşdu.

“Bəli, o, yenidən topuğundan zədələnib. Xoşbəxtlikdən bu dəfə digər ayağındakı topuğudur, əvvəlki deyil. Ona çox ehtiyacımız var, amma ümid edəcəyik ki, Romelu öz işini görəcək”.

“Biz çalışdıq ki, Markusu bu oyuna hazırlayaq, amma alınmadı. Ümid edəcəyik ki, növbəti oyuna qədər hazır olacaq”.


Mənbə: Sky Sports

0 comments