York: “Barsa” ilə ideal oyun keçirtmək lazımdır”

York
Paylaş:

“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York güman edir ki, “qırmızı şeytanlar” əgər ideal bir oyun keçirə bilsələr, “Barselona”nı Çempionlar Liqasında keçmək üçün şansları olacaq.

“Mən inanmıram ki, Messini saxlaya bilək. Mən hesab edirəm ki, siz öz oyununuza köklənməlisiz. Mən güman edirəm ki, “Barselona”nı keçmək üçün demək olar ki, ideal bir oyun oyun keçirmək lazımdır”.

“Biz bilirik ki, Messi yəqin ki, öz dövrünün ən yaxşı futbolçusudur və əgər rəqibin belə bir futbolçusu varsa, həmişə sənə çətin olur, amma mən fikirləşirəm ki, əgər bir bir komanda kimi oynasaq və bütün potensialımızı göstərsək, onda Messinin bütün möhtəşəmliyindən asılı olmayaraq onlarla eyni səviyyədə ola bilərik. Kollektiv oynamaq lazımdır, bir komanda kimi, amma belə oyunda bizə bəxt də lazımdır, əgər bunlara nail olsaq, onda heç bir səbəb görmürəm ki, “Yunayted” bu iki tərəfli görüşdə qalib gələn tərəf olmasın”.


Mənbə: manutd.com

0 comments