“Yunayted” – “Barselona”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer sabah “Old Trafford”da Çempionlar Liqası çərçivəsində baş tutacaq “Barselona” ilə matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Biz hələ də ümid edirik ki, Nemanya hazır olacaq. Ander çox güman ki, kənarda qalacaq. Antonio və Erik dəqiq oynaya bilməyəcəklər. Markusa məşqlərdən əvvəl əlavə isinmə hərəkətləri etmək lazımdır, ümid edirəm ki, onun əks reaksiyası olmayacaq. Sabah baxarıq, ümid edirəm ki, hazır olacaq.

Aleksis bu gün komanda ilə ilk məşqini etdi, o, hazır olmaq üçün çox işlər görür. O, artıq zədəli deyil. Komanda ilə birlikdə məşq edir, ola bilsin ki, “Vest Hem” ilə oyun üçün heyətdə olsun. Amma sabah dəqiq oynamayacaq”.

“BARSELONA” İLƏ OYUN HAQQINDA

“Bizim üçün hər bir oyun vacibdir. Əlbəttə, “Barselona” kimi komanda ilə oyunda, onların keyfiyyətini də nəzərə alsaq, daha çox güc sərf etməliyik. Biz başa düşürük ki, maksimum yüksək dərəcədə çıxış etməliyik. Biz bunu PSJ ilə  ev oyununda edə bilmədik, amma ikinci oyunun nəticəsi futbolçulara və azarkeşlərə inam verib.

Çempionlar Liqasında çox qəribə hesablar olur. Final fiti səslənməyincə heç nə məlum olmayacaq. Biz sadəcə çalışmalıyıq ki, mümkün qədər yüksək səviyyədə çıxış edək”.

LİONEL MESSİ HAQQINDA

“Dünyanın ən yaxşı oyunçularından biri olanı saxlamaq üçün necə bir plan qurmalıyıq? Biz onunla görüşü səbrsizliklə gözləyirik. Bu mövsüm biz Ronaldu, Mbappe, Azara qarşı oynamışıq. Suarez, Koutinyo və Messi bizim müdafiəçilərə rahatlıq verməyəcəklər, sabah baxırıq görək onlarla necə bacaracayıq.

Onu dayandırmaq çətin olacaq, amma qeyri-mümkün deyil. Amma bu Messinin “Yunayted”ə qarşı matçı deyil. Suarez, Koutinyo, Vidal, onların yaxşı oyunçuları çoxdur, biz yalnız biri haqqında düşünməli deyilik, biz 11 oyunçudan ibarət olan komanda haqqında düşünməliyik”.

“REAL”IN POQBA İLƏ MARAQLANMASI HAQQINDA ŞAYİƏLƏR

“Pol sabahkı oyunu gözləyir. O, diqqətini yalnız sabahkı oyunda yaxşı çıxış etməsinə yönəldib. Mən təsəvvür edə bilmirəm ki, növbəti mövsüm o, “Mançester Yunayted”in heyətində çıxış etməsin”.

YENİ MÜQAVİLƏ HAQQINDA DANIŞIQLAR OYUNÇULARIN DİQQƏTİNƏ MANEƏ TÖRƏDİR?

“Qətiyyən maneə törətmir, biz hamımız oyuna diqqətimizi ayırmışıq. Danışıqlar davam edəcək, amma hər kəs sabahkı oyun haqqında fikirləşir, başa düşürük ki, xüsusi bir atmosfer yarada bilərik. Belə oyunda azarkeşlərin dəstəyinə ehtiyacımız var. Ümid edirəm ki, az da olsa yağış yağacaq, bu xüsusi gecəyə yaraşacaq”.

1998-Cİ İLDƏ “BARSELONA” İLƏ GÖRÜŞLƏRİ HAQQINDA

“Məncə bu iki komanda rəqiblərin qapısına böyük təhlükə yarada biləcək komandalar idi, hər birinin hücumda fantastik futbolçuları vardı, həm də keyfiyyətli müdafiəçilərə də sahib idilər. Hər iki oyunda 3-3 hesablı bərabərə qaldıq, əgər bu dəfə 6-6 hesablı nticə olsa və penalti seriyalarına ehtiyac olsa, məncə hər kəs xoşbəxt olacaq. Hər bir komanda qol vurmağı bacarır, amma biz onu da başa düşürük ki, həmçinin, yaxşı müdafiə də olunmalıyıq”.

ÇL-NI QAZANMA ŞANSLARI HAQQINDA

“Nəzərə alsaq ki, hazırda bizim Premyer Liqanı ilk dördlükdə bitirmək üçün bütün şanslarımız var, baxmayaraq ki, Milada qədər heç kim bu haqda danışmırdı və ola bilsin ki, Çempionlar Liqasını qazanmağımıza da heç kim inanmır. Biz bütün yolu keçib qələbə qazana bilərik. Bunun üçün bizə bəxt və ideal çıxış lazımdır, mən demirəm ki, ÇL-nı qazanmaq PL-da ilk dördlükdə olmaqdan asandır”.

PALTARDƏYİŞMƏ OTAĞINDAKI ƏHVAL-RUHİYYƏ HAQQINDA

“İnam yüksək səviyyədədir. Buna PSJ üzərindəki qələbənin və Premyer Liqadakı nəticələrin əməyi keçib. Biz qələbə qazanmalı olduğumuz matçlarda məğlub olduq. “Canavarlar”a İngiltərə Kubokunda məğlub olmağımız bizi məyus etdi.

Mən gərginlik, həyacan hiss edirəm, fikrimcə PSJ ilə oyunda əhval-ruhiyyə başqa cür idi. PSJ ilə oyundan çox şey öyrəndik, bizə kobud oynamağa məcbur edirdilər. Avropa futbolunda ehtiyatlı oynamlısan”.

BEŞ OYUNÇUNUN DİSKVALİFİKASİYA TƏHLÜKƏSİ VAR

“Mançester Yunayted”in beş oyunçusu ilk oyunda sarı vərəqə cəzalandırılsa, “Barselona” ilə cavab oyununu diskvalifikasiya səbəbindən buraxmaq təhlükəsi olacaq.

“Vacib deyil ki, əgər topu ala bilməsən, sarı vərəqə alacaqsan. Roy Kin – bunun üçün ən yaxşı nümunədir ki, növbəti oyunda oynaya bilməyəcəyini biləndə özünü necə aparmalısan. Biz bilirik ki, qaydanı pozmalı deyilik. Baxın Messi nə qədər cərimə zərbəsindən qol vurub. Biz ehtiyyatlı olmalıyıq, PSJ ilə oyunda hakim qərarlarından bir neçə dəfə bəxtimiz gətirmədi. Ümid edirəm ki, sabah bəxt bizim tərəfdə olacaq”.

SULŞER POQBADAN NƏ GÖZLƏYİR

“Məsələ yalnız bir oyunçudan ibarət deyil. Hər bir oyunçu maksimum dərəcədə çıxış etməlidir. Özünün yüksək səviyyəsində Pol oyunu idarə edə bilər. Poqbanın işi – yaradıcılıqdır, hücumları qurmaqdır. Əlbəttə, sabah ondan yaxşı oyun gözləyirəm”.

CERAR PİKE İLƏ YENİDƏN GÖRÜŞ HAQQINDA

“O, bura çox gənc yaşlarında gəlmişdi. Yəqin onun bəxti gətirmədi ki, həmin vaxt Nemanya Vidiç və Rio Ferdinand oynayırdı, o, çox güman ki, bu səbəbdən layiq olduğu şansı qazana bilmirdi. Onunla yenidən görüşmək xoş olacaq, ümid edirəm ki, ona özünü artıq yaşlı olduğunu göstərə biləcəyik”.


Mənbə: Manchester Evening News

0 comments