Sulşer “Barselona” ilə oyundan sonra

Sulşer
Paylaş:

Ole Qunnar Sulşer əmindir ki, onun komandası “Barselona” ilə cavab matçında “Kamp Nou”da qol vura biləcək.

“Mançester Yunayted” Çempionlar Liqasının ilk oyununda 1-0 hesabı ilə məğlub oldu. Final fitindən sonra Sulşer komandasının çıxışını dəyərləndirib.

ÜMUMİ QİYMƏTLƏNDİRMƏ

“Müsbət və mənfi cəhətlər var idi. Oyuna ehtiyatlı yanaşmadıq, topla çox həyacanlı idik. Rəqibə ciddi təzyiq edə bilmədik. Onların qolundan sonra özümüzə gəldik və daha yaxşı oynamağa başladıq. Bir neçə çox yaxşı fərdi çıxış var idi, məncə yarımmüdafiəmiz yaxşı oynadı.

Zaman-zaman biz əsl “Mançester Yunayted” kimi bir komanda idik. Azarkeşlərin dəstəyini hiss elədik, daha geniş oynadıq, sürətli reydlər etdik. Bəzən bu reydlər qapıya zərbə ilə yekunlaşırdı, bəzən isə heç nə ilə”.

“BARSELONA”NIN QOLU VƏ “YUNAYTED”İN CAVABI

“Biz oyuna yaxşı başlamadıq, amma bu əla qol idi, Messi və Suarez əla yerdəyişmə etdilər. bunu etiraf etmək lazımdır. Onların bəxti gətirdi ki, top Lyuka dəydi və istiqamətini dəyişdi. Amma sonra daha yaxşı oynamağa başladıq, qoldan dərhal sonra komanda özünə gəldi və dedi: “Gəlin oyunda qalaq”. PSJ ilə oyundan fərqli olaraq ikinci qolu buraxmadıq”.

MAKTOMİNEY HEYRƏTLƏNDİRDİ

“Bu Skott üçün fantastik bir oyun oldu. Hər dəfə daha yaxşı oynamağa başlayır. O, çox atletikdir, hər gün bütün yolu qaça bilər. O, topu rəqibdən alır, ayaqları ilə cəld hərəkət edir. Çox sakit oynayırdı.

Hər gün məşqə işinə möhtəşəm münasibətlə yanaşmaqla gəlir və bu inkişaf üçün yeganə yoldur. Bu gün o, ilk oyunçulardan idi ki, topu alırdı və oyunu sakitləşdirirdi. Bizə bir az oyunun sürətini aşağı salmaq lazım idi, çünki çox tez-tez topu itirirdik, 15-20 dəqiqədən sonra sakitləşdik və üçlü müdafiəmiz daha yaxşı oynamağa başladı”.

YAXŞI QOL ANLARIMIZ OLMADI

“Bizə bir az hücumları sonra çatdırmaq keyfiyyəti çatmırdı, amma yenə də qeyd etmək lazımdır ki, çox yaxşı bir komandaya qarşı oynayırdıq. Biz bilirik ki, “Barselona”nın rəqibləri topsuz olanda daha çox müdafiə olunmağa məcbur olur, ona görə də onlar yorulur. Qənaətbəxş anlar da var, biz nələrisə dəyişə bilərik və biz ora qol vurmalı olduğumuzu başa düşərək gedəcəyik”.

MESSİNİ SAXLAMAQ MÜMKÜN OLDU

“Fantastik oyunçudur və siz qol anında onun sürətini gördüz, onun hərəkətləri vətexnikası heyrətamiz idi. Biz ona qarşı bacardığımız qədər yaxşı oynadıq. Zamanla onu çox yaxşı saxlaya bilmişdik. Bu gün bir neçə təhlükəli an oldu, fikirləşmirəm ki, qapı istiqamətinə bir zərbə belə vura bildik və bu ən böyük məyusluq gətirən məqamlardandır”.

ŞANS HƏLƏ DƏ VAR

“Biz ora qarşımızda çətin vızifə olmasını anlayaraq gedəcəyik, amma şans hələ də var. Əlbəttə, əla bir komandaya qarşı oynayacayıq. Çətin olacaq, amma əvvəllər də bunu etmişik. Biz ora qol vura biləcəyimizi düşünərək gedəcəyik. PSJ üzərindəki səfər qələbəsi bizə ümid və qələbə qazana biləcəyimizə inam yaradır, amma biz bilirik ki, turnirin bəlkə də favoritinə qarşı oynayacayıq.

Bu bizim üçün bir çağırışdır və qələbə əla bir nailiyyət olar. “Barselona” evdə məğlub olmağa vərdiş etməyib, amma biz qələbə qazanmağı bacarırıq, buna şübhəmiz yoxdur. Rəqibə problemlər yarada bilərik. Marsial, Lukaku, Reşford… vacib deyil ki, onlardan kim oynayacaq, bizə sadəcə onlar üçün qol anları yaratmaq lazımdır.

Bizə qapıya zərbə vurmaq lazımdır. Biz bir neçə çox yaxşı an yarada bildik. Reşford sürətli reyddən sonra zərbə endirdi, Dioqunun da qol anı oldu. Öz qol epizodlarından yararlanmaq lazımdır, biz effektiv oynamalıyıq. Biz bilirik ki, çox qol anı yarada bilmərik, ona görə də əlimizə düşənlərdən istifadə etmək lazımdır. Biz təzyiqin qarşısını almalıyıq, biz gözləyirik ki, onlar hər şeyi tez bir anda bitirsinlər və bizə qılıncla zərbə endirsinlər, amma biz bunun qarşısını almalıyıq və oyunlarını dağıtmalıyıq, topu bugünkündən də yaxşı saxlamalıyıq”.


Mənbə: manutd.com

0 comments