“Yunayted” – “Vest Hem”: oyun öncəsi mətbuat konfransı

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer sabah Premyer Liqada baş tutacaq “Vest Hem” ilə ev oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Bu həftə üçün cinah müdafiəçilərimiz yoxdur. Çünki Lyuk Şou və Eşli Yanqı cəza səbəbindən itirmişik. Antonio Valensiya hələ oynamağa hazır deyil. Ola bilsin ki, Matteo Darmian oyunu ehtiyat skamyadan başlasın. Markos Roho isə artıq bir neçə gündür ki, məşq edir.

O, oynaya bilər və bizim Fil Consumuz da var, hansı ki, həmin mövqedə çıxış edə bilər. Rohoya böyük meydanda oynamaq lazım idi, sabah heyətdə yer ala bilər, amma hələ bizim bir neçə məşqimiz var, ondan sonra qərarımızı verəcəyik.

Vəziyyət yaxşılaşırdı, amma Nemanya xəstələndi, inanmıram ki, oyuna hazır olsun. Aleksis formasını bərpa etməyə çalışır, amma buna da inanmıram ki, oyuna hazır olsun. Ola bilsin ki, “Barselona” ilə oyuna hazır olsun. Errera hələ də heyətə qayıtmayıb”.

KOMANDANIN HAZIRKI FORMASI HAQQINDA

“Məğlubiyyət bizi sevindirə bilməz, amma bu ərəfələr bir neçə yaxşı komanda ilə oynadıq. Bizim bir neçə yaxşı çıxışlarımız oldu, amma rəqibin qapısı qarşısında keyfiyyət və inam çatmırdı, hansı ki, liqada “Vulverhempton” və “Arsenal” ilə oyunlarda olmalı idi. Qol şanslarını nəzərə alsaq, biz onları məğlub etməli idik.

Biz məşq etmişik, hücumçu kimi mən başa düşürəm ki, topu qapıya göndərmək üçün inam nə qədər vacibdir. Bəzən bizdə belə bir hiss, belə inam olmur, ona görə də bunu məşqlərdə etməliyik və ümid edək ki, bu hislər yenidən qayıdacaq. Biz yaxşı oynayırdıq, amma rəqib qapısı qarşısında amansızlıq çatışmırdı”.

ERRERANIN GƏLƏCƏYİ HAQQINDA

“O, çox çalışır ki, zədədən sonra formasını bərpa etsin, hansı ki, “Liverpul” ilə oyunda almışdı, daha sonra qayıtdı və məşqdə başqa zədə aldı. O, çox böyük işlər görüb və bütün bunlar yeni müqavilə ilə bağlı danışıqlar gedən zamanlar baş verib, amma danışıqlar hələ də davam edir, mən deyə bilmərəm ki, bu nə qədər davam edəcək.

Siz bu haqda ondan soruşmalısız, mən bilmirəm ki, son danışıqlar necə nəticələnib. Biz ona şərait yaratmışıq ki, öz formasına diqqətini yönəltsin, o, oynamağı sevir və indi özünü xoşbəxt hiss eləmir, çünki komanda yoldaşlarına kömək edə bilmir, fərqi yoxdur ki, onun müqaviləsinin bitməsinə beş ay qalıb ya beş il.

Ola bilsin ki, onun gələcəyi narahatlıq yaradır və bəlkə də bu onun zədəsinin səbəblərindən biridir, kim bilir. Amma ümid edirik ki, “Çelsi” və ya “Siti” ilə oyuna qədər hazır olacaq. Onun əzələ zədəsi var”.

“YUNAYTED”Ə NEÇƏ XAL QAZANMAQ LAZIMDIR?

“Bizə mümkün olacaq qədər xal yığmaq lazımdır. Düşünürəm ki, 15 xal yığa bilsək, üçlükdə ola bilərik, çünki bu oyunların birində ümid edirik ki, “Çelsi”ni məğlub edə biləcəyik. Amma indi “Vest Hem”ilə oyuna, yaxşı çıxışa köklənmişik, hansı ki, bizə üç xal gətirəcək. Əgər 15 xal yığa bilməsək, dördüncü yer də pis nəticə olmayacaq, amma mütləq 15 xal yığmalıyıq”.

“VEST HEM”Ə QARŞI KİMLƏR OYNAYACAQ

“Mən bir ya iki oyunçuya istirahət vermək istərdim, çünki qarşıda çətin oyunlar var və onların hamısı bu oyunlarda iştirak edəcəklər. Çərşənbə günü bir neçə oyunçu ehtiyatda idi, məsələn Linqard və Marsial, hansı ki, adaətən, oyunlara start heyətdə başlayırlar. Heyətdə bir neçə dəyişiklik edəcəm. Görək nə qərara gələcəyik”.


Mənbə: Manchester Evening News

0 comments